Icma.az
close
up
RU
Düzgün qiymətləndirmə iqtisadi etimada qapı açır

Düzgün qiymətləndirmə iqtisadi etimada qapı açır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa təcrübəsi, süni intellekt və milli sistemin inkişafı
Avstriyanın paytaxtı Vyanada Avropa Qiymətləndiricilər ­Assosiasiyaları Qrupunun ­TEGoVA-nın konfransı və Baş Assambleyası çərçivəsində qiymətləndirmə peşəsinin gələcəyi, süni intellektin tətbiqi, maliyyə hesabatları üçün qiymətləndirmə, bank sektorunda girov təminatlarının dəyərinin müəyyənləşdirilməsi və peşəkar standartların inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub. 
Konfransda iştirak etmiş Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı XQ-yə açıqlamasında Avropa təcrübəsinin ölkəmiz üçün yaratdığı imkanlar, qiymətləndirmə sektorunun iqtisadi inkişafda rolu və milli səviyyədə həyata keçirilə biləcək yeniliklər barədə məlumat verdi. 
Müsahibimiz Vyana konfransında Avropada qiymətləndirməyə münasibət və bu yanaşmanın Azərbaycan üçün əhəmiyyəti ilə bağlı sualımıza cavabında bildirdi:
– 2023-cü il dekabrın 8-də qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun və Palatanın fəaliyyətə başlaması mühüm institusional addımlardır. İndi hüquqi çərçivəni praktik nəticələrlə möhkəmləndirmək lazımdır. Avropa təcrübəsinə görə, keyfiyyətli qiymətləndirmə dörd dayağa söykənir: peşəkar standartlar, etibarlı məlumatlar, müstəqil ekspert rəyi və keyfiyyətə nəzarət. Azərbaycanda beynəlxalq standartların milli qanunvericiliyə uyğun tətbiqi, metodologiyanın və mütəxəssis hazırlığının təkmilləşdirilməsi prioritet olmalıdır.
Avropada qiymətləndirməyə iqtisadi və maliyyə sisteminin etibarlılığını təmin edən institusional mexanizm kimi yanaşılır. Kapitalın səmərəli bölgüsü aktivlərin dəyəri barədə düzgün məlumatdan asılıdır. Bank girovun, investor müəssisənin, vətəndaş isə aldığı əmlakın real bazar dəyərini bilməlidir. Təhrif olunmuş məlumat kreditləşmədə, investisiya qərarlarında və hesabatlarda yanlışlıqlar yaradır. Beləliklə, qiymətləndirmə iqtisadi qərarların keyfiyyətinə, resurslardan istifadəyə və etimada təsir göstərir. Azərbaycanda da bu sahəyə maliyyə infrastrukturunun və bazar institutlarının gücləndirilməsi kontekstində baxılmalıdır.
– Süni intellekt qiymətləndiricini əvəz edə bilərmi? Vyanada bu texnologiyanın peşəyə təsiri necə dəyərləndirildi?
– Süni intellekt konfransın əsas mövzularından idi. TEGoVA-nın 2025-ci il sorğusuna görə, REV statuslu qiymətləndiricilərin 50 faizi bu texnologiyadan istifadə etdiyini, 76 faizi isə xüsusi təlim keçmədiyini bildirib. Üzv assosiasiyaların 92 faizi etik istifadə üzrə metodiki tövsiyələrə ehtiyac olduğunu vurğulayıb. Süni intellekt məlumatların, müqavilələrin və müqayisə obyektlərinin təhlilini, hesabat layihələrinin hazırlanmasını sürətləndirər. Lakin əmlakın hüquqi vəziyyəti, faktiki keyfiyyəti və likvidliyinin dəyərə təsiri peşəkar təhlil tələb edir. ­TEGoVA-ya görə, hesabatın məsuliyyəti texnologiyadan asılı olmayaraq onu imzalayan qiymətləndiricidə qalır. Alqoritmlər mövcud və tarixi məlumatlarla işləyir, dəyər hesablanarkən isə həmin tarixdəki bazar şəraiti və gözləntilər nəzərə alınır. Mütəxəssis modelin səhvini tanımalı, nəticəni müstəqil yoxlamalıdır. Buna görə Palata süni intellekt savadlılığı, məlumat məxfiliyi, alqoritmik risklər və nəticələri yoxlamaq üzrə təlim proqramı hazırlamalıdır.
Əsas ehtiyac vahid milli bazar məlumat sistemidir. Daşınmaz əmlakda elan və faktiki satış qiymətləri, obyektlərin texniki-hüquqi xüsusiyyətləri, icarə gəlirləri fərqlənir. Etibarlı müqayisə məlumatları olmadıqda qiymətləndirmə çətinləşir. Palatanın əmlak bazarı indeksləri bu işə başlanğıc ola bilər. Aidiyyəti qurumlarla anonimləşdirilmiş əməliyyatlar, ərazilər üzrə qiymətlər, icarə dinamikası, tələb-təklif və satış müddətləri sistemləşdirilməlidir. Təklif qiymətləri faktiki əməliyyatlardan ayrılmalı, mənbələr yoxlanmalı, fərdi məlumatlar qorunmalıdır. Bu baza banklara kredit riskini, investorlara ərazilərin potensialını, dövlətə isə regional inkişafı təhlil etməyə kömək olar.
Həmçinin baza üzərində interaktiv əmlak xəritəsi yaradılar. Vətəndaş ərazi üzrə kvadratmetrin median qiymətini, icarə göstəricilərini və bazar dinamikasını görə bilər. Bu statistika konkret mənzilin fərdi dəyərini göstərmir. Həmin məlumatlarla AVM adlanan avtomatlaşdırılmış qiymətləndirmə modelləri də sınaqdan keçirilər. Bakının seçilmiş ərazilərində qurulan modelin nəticələri real əməliyyatlar və ekspert rəyləri ilə müqayisə olunmalı, xətası ölçülməlidir. Modelin müxtəlif seqmentlərdə dəqiqliyi və bazar dəyişikliklərinə uyğunluğu da ölçülməlidir. AVM qiymətləndiriciyə analitik dəstək verməlidir.
Digər tərəfdən, girovun dəyəri kredit riskinin hesablanmasında əsas göstəricidir. 100 min manat kredit 125 min manatlıq əmlakla təmin edilirsə, kreditin girova nisbəti 80 faizdir. Əmlak əsassız olaraq 150 min manat qiymətləndirilsə, nisbət 66,7 faiz görünər, amma real risk dəyişməz. Dəyərin aşağı göstərilməsi isə borcalanın maliyyələşmə imkanlarını məhdudlaşdırar. Banklarla qiymətləndiricilər arasında məlumat mübadiləsi və metodoloji birlik güclənməlidir. Girovun əsaslandırılmış dəyəri maliyyə sabitliyi üçün vacibdir.
Süni intellekt sənədləşmə və təkrarlanan hesablamalara sərf olunan vaxtı azaldar. Ancaq xidmətin dəyəri iş saatı ilə deyil, nəticənin etibarlılığı, risklərin azaldılması və məsuliyyətlə ölçülməlidir. Proqram təminatı, təlim və məlumat təhlükəsizliyi də xərc yaradır. Xidmət haqqına təsir bu amillər birlikdə nəzərə alınmaqla qiymətləndirilməlidir.
– Qiymətləndirmə sahəsini daşınmaz əmlakdan kənarda hansı istiqamətlərdə genişləndirmək vacibdir?
– Müəssisənin dəyərinə torpaq, bina və avadanlıqla yanaşı, brend, patent, proqram təminatı, müştəri münasibətləri və müqavilə hüquqları da daxildir. TEGoVA-nın ­EVGN-BV 8 sənədi maliyyə hesabatları üçün biznes və qeyri-maddi aktivlərin, şirkət birləşmələri və satınalmaların qiymətləndirilməsini əhatə edir. İnnovativ müəssisələrin inkişafı bu sahədə mütəxəssislərə tələbat yaradar. Bank və sığorta şirkətlərinin qiymətləndirilməsində kapital strukturu, kredit riskləri, likvidlik və tənzimləyici məhdudiyyətlər nəzərə alınmalıdır. Bankın yüksək mənfəəti kapital tələbləri və likvidlik məhdudiyyətləri üzündən səhmdarlara bölüşdürülə bilən gəliri tam əks etdirməyə bilər. Qiymətləndiricilərin auditor və maliyyə analitikləri ilə əməkdaşlığı, praktiki təlimlər vacibdir.
– Vyanada Avropa Qiymətləndirmə Standartlarının 2028-ci il redaksiyası və elektron hesabatlarla bağlı hansı yeniliklər təqdim olundu?
– EVS 2028 üzrə materiallar hazırlanma prosesini əks etdirir, yekun standartlar deyil. Yeni redaksiyada standartların strukturu, bazar dəyərinin şərhi, təklif qiymətlərindən istifadə, xərc yanaşması və Etika Kodeksinin yenilənməsi nəzərdə tutulur. Yanaşma ilə metodun fərqi də aydınlaşdırılır. Azərbaycan dəyişiklikləri izləməli, standartları yerli bazara uyğun tətbiq etməlidir.
Elektron hesabat məqsədi, tarixi, dəyər bazasını, mənbələri, metodları və fərziyyələri vahid qaydada sənədləşdirə bilər. Texniki yoxlama, dəyişiklik tarixçəsi, elektron imza və rəqəmsal identifikasiya saxtalaşdırma riskini azaldar, auditi asanlaşdırar. Avtomatlaşdırılmış yoxlama peşəkar mühakiməni əvəz etməməlidir.
– Əldə etdiyiniz təcrübə əsasında Azərbaycanın qiymətləndirmə sektorunun gələcəyini necə görürsünüz?
– Gələcəyi standartların, etibarlı məlumatların, rəqəmsal texnologiyaların və insan kapitalının inkişafında görürəm. Beynəlxalq təcrübə öyrənilməli, milli metodologiya və qiymətləndiricilərin bacarıqları təkmilləşdirilməlidir. Məqsəd xarici təcrübəni köçürmək deyil, faydalı elementləri ölkəmizin iqtisadi xüsusiyyətlərinə uyğunlaşdırmaqdır. Biliklər elmi araşdırmalara və praktik layihələrə çevrilməlidir. Beynəlxalq əməkdaşlığın dəyəri biliklərin ölkə daxilində tətbiqi ilə ölçülməlidir. Dəyərin düzgün müəyyənləşdirilməsi iqtisadi şəffaflığa, etibarlı investisiya qərarlarına və sağlam maliyyə münasibətlərinə xidmət edir.

Hazırladı: 
N.ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri