Bakıda binanın pilləkəni çökdü VİDEO
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beşmərtəbəli binanın ikinci blokunda pilləkən qırılıb, yerinə isə taxta qoyulub. Taxta pilləkənlərlə nə qalxmaq, nə də enmək mümkündür.
"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 39 ünvanından qeydə alınıb.
Sakinlər bildiriblər ki, bir neçə gündür yaşadıqları mərtəbələrə çıxıb-düşməkdə ciddi çətinlik çəkirlər. pizza mizza
1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 39 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının ikinci girişində mayın 21-də pilləkən qəfəsində çökmə baş verib. Hadisədən dərhal sonra ərazidə təmizlik işləri aparılıb və pilləkənin hörgü işlərinə başlanılıb.
Qurumdan qeyd olunub ki, bina 123 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır və yaxın günlərdə pilləkənin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 May 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















