Bakıda binanın tavanı çökdü: Ailə faciədən son anda xilas oldu (Video)
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir anın içində evin tavanı çökdü, ailə isə canını qurtarmaq üçün küçəyə qaçdı.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında Xətai rayonunun NZS qəsəbəsində, təxminən bir əsrlik yaşı olan ikimərtəbəli qamış binada baş verib. Ev sahibi Murad Ağabəyov deyir ki, ailəsi ilə birlikdə evdə olarkn qəfil mətbəxin tavanı uçub. İki azyaşlı uşağı, həyat yoldaşı və bacısı dərhal binadan çıxıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, bu binada təhlükə təkcə tavanın uçması ilə məhdudlaşmır. Fasadda yaranan çatlar və qopmalar da ciddi narahatlıq doğurur.
Binanın qamış konstruksiyalı olması isə riski daha da artırır. Xüsusilə açıqda qalan elektrik naqilləri mümkün qısaqapanma zamanı yanğın təhlükəsi yaradır. Sakinlər deyirlər ki, burada hər gün yaşamaq əlavə narahatlıq deməkdir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Noyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















