Bakıda bir avtobus və 4 maşının iştirakı ilə qəza VİDEO
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ötən gün saat 12:56 radələrində "BakuBus" MMC-nin istismarında olan 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib".
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib. İlkin məlumata əsasən, avtobusu idarə edən sürücü hərəkət zamanı ehtiyatsızlıq səbəbindən idarəetməni qismən itirib və nəticədə yol kənarında park edilmiş digər nəqliyyat vasitəsinə çırpılıb.
"Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlərin marşrut üzrə hərəkətinin fasiləsiz təmin edilməsi məqsədilə operativ şəkildə digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib. Avtobusu idarə edən sürücü barəsində daxili intizam qaydalarına uyğun tədbir görülüb və əlavə təlimə cəlb edilib", - deyə məlumatda bildirilib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















