Bakıda bir sot torpaq 1 milyona Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda qiyməti on milyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.
Axar.az xəbər verir ki, elan saytlarına nəzər saldıqda məlum olur ki, Bilgəh qəsəbəsində sahəsi 39 hektar olan torpaq 58.5 milyon manata, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən 300 sot torpaq sahəsi 40 milyon manata təklif edilir.
"Dərnəgül" stansiyasından çox da uzaq olmayan ərazidə yerləşən 350 sot torpaq isə 38 milyon manata satışa çıxarılıb. Torpaq sahəsinin bir sotuna görə ən yüksək qiymət isə "İçərişəhər" stansiyasına yaxın ərazidə qeydə alınıb.
Burada 2.2 sotdan ibarət torpaq sahəsinin bir sotunun qiyməti təxminən 1 milyon manatdır. Qiymətə görə növbəti yerlərdə Badamdar qəsəbəsi, "28 May" və "Xətai" stansiyalarına yaxın ərazilər qərarlaşıb.
Maraqlıdır, bəs bu qiymətlər necə müəyyən edilir? Əsas amil Bakıda tikintiyə yararlı boş torpaq sahələrinin olduqca məhdud olmasıdır. Bu isə qiymətlərə birbaşa təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku TV-yə bildirib ki, o da eyni fikirdədir:
"Bu qiymət artımı təbii və davamlı tendensiyadır. Təhlil etsək görərik ki, yaxın keçmişdə də torpaq sahələrinin qiyməti daim artıb və bu gün də artmaqda davam edir. Torpaq uzunmüddətli investisiya cazibədarlığı ilə seçilir. İnvestorlar adətən torpaq sahəsini alaraq gələcəkdə daha yüksək qiymətə satmağı planlaşdırırlar. Bu baxımdan torpaq digər daşınmaz əmlak növləri ilə müqayisədə daha üstün investisiya vasitəsi sayılır. Çünki o, dərhal gəlir gətirməsə də, zamanla dəyərini daha sürətlə artırır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 İyul 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















