Icma.az
close
up
RU
Bakıda 1 sot torpaq 2 milyon manat: Ən bahalı ÜNVANLAR

Bakıda 1 sot torpaq 2 milyon manat: Ən bahalı ÜNVANLAR

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bakıda torpaq sahələrinin qiyməti yerləşdiyi əraziyə görə ciddi şəkildə fərqlənir.

BAKU.WS-in məlumatına görə, şəhərin mərkəzi hissələrində torpaq qıtlığı səbəbindən qiymətlər rekord həddə çatıb.

Xüsusilə Əziz Əliyev küçəsi, Fəvvarələr Meydanı ətrafı və Nizami küçəsi kimi prestijli ərazilərdə hazırda satışda boş torpaq sahəsi tapmaq demək olar ki, mümkün deyil.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki,qeyd edilən ərazilərdə yalnız köhnə tikililərin sökülməsi nəticəsində yeni tikinti üçün torpaq sahəsi formalaşa bilər. Belə hallarda isə torpağın bir sotunun qiyməti təxminən 1,5-2 milyon manat arasında dəyişə bilər:

"Paytaxtın digər nüfuzlu ərazilərində də torpaq qiymətləri kifayət qədər yüksəkdir. Belə ki, Neftçilər prospektində bir sot torpağın dəyəri orta hesabla 700-800 min manat, Məmməd Araz küçəsində təxminən 600 min manat, Həsən Əliyev küçəsində 550 min manat, Yusif Səfərov küçəsində 550-600 min manat təşkil edir.

Eyni zamanda Atatürk prospekti və Hüseyn Cavid prospekti ətrafında torpaq sahələrinin bir sotunun qiyməti 500-600 min manat arasında qiymətləndirilir. Ağ Şəhər layihəsi ərazisində isə yerindən asılı olaraq qiymətlər daha yüksək ola bilər. Burada torpağın bir sotunun dəyəri təxminən 500 min manatdan başlayaraq 600 min manatdan da yuxarı qalxa bilir.

Şəhərin əsas biznes və yaşayış mərkəzlərində boş torpaq sahələrinin sayı olduqca məhduddur. Buna görə də həmin ərazilərdə hər hansı tikinti layihəsi üçün torpaq sahəsi satışa çıxarıldıqda qiymətlərin göstərilən rəqəmlərdən aşağı olması real görünmür. Torpağa olan yüksək tələbat və təklifin məhdudluğu bu ərazilərdə qiymətlərin uzun müddətdir yüksək səviyyədə qalmasına səbəb olur".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyun 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri