Icma.az
close
up
RU
Bakıda bolşevik təxribatçının adına qəsəbə: Niyə “Montin”? KONKRET

Bakıda bolşevik təxribatçının adına qəsəbə: Niyə “Montin”? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakının mərkəzi rayonlarından biri olan Nərimanov ərazisində bu gün də xalq arasında “Montin” kimi tanınan qəsəbənin adı illərdir müzakirə doğuran, lakin lazımi səviyyədə araşdırılmayan mövzulardan biridir.

NOCOMMENT.az xəbər verir ki, Sovet ideologiyasının mirası kimi formalaşan bu toponim, əslində, təkcə coğrafi ad deyil – həm də tarixi yaddaşın necə təhrif olunduğunun bariz nümunəsidir.

Pyotr Montin 25 yanvar 1882-ci ildə Gürcüstanda Belıy Klyuç  kəndində hərbi xidmətdən yeni tərxis olunmuş qreandyor Vasili Qavriloviç Montin və Yekaterina İvanovna Xatkovanın ailəsində anadan olub.

(Maraqlıdır ki, Belıy Klyuç kəndinin adı əvvəlcə Azərbaycan türkcəsində Ağ Bulaq olub, lakin çar hakimiyyəti onu rus dilinə tərcümə edibi. Sonra bolşeviklər onun tarixi adını (Ağ Bulaq) qaytarırlar, lakin uzun müddət belə qalmır, 1944-cü ildə gürcülər kəndi Tetri-Tskaro adlandırılmağa başlayırlar).

Montin gəncliyində Bakıya gəlib, burada dostları ilə birlikdə kiçik ev kirayələyib, inqilabi işlərlə məşğul olub, dəfələrlə həbsə düşüb. Bir ara Bayıl həbsxanasında Lənkərandakı türməyə etap olunub. Subtropik zonanın rütubəti ona düşməyib, oradan Şamaxıya köçürüldü. Şamaxı həbsxanasından qaçıb, yenı tutulub, Bayıl türməsinə salınıb, sonra azad olunub.

1905-ci ilin iyul ayında o, yenidən həbs edilibi və bu dəfə Quba həbsxanasına göndərilib. Lakin 12 oktyabrda, Rusiyada tətili başlayanda və 17 oktyabr manifestinə səbəb olanda o da digər siyasi məhbuslar kimi azadlığa buraxılıb.

Bir sözlə, Montin Bakıda hər cür bəd işlərdə iştirak edib.

Onun inqilabçılar arasında nüfuzu o qədər yüksək idi ki, bolşeviklər 23 yaşlı Montini 1905-ci ilin dekabrında Finlandiyaya partiya konfransına göndərmək qərarına gəlilər.

Lakin yola düşmə ərəfəsində, axşam saatlarında Montin Aziatskaya küçəsində naməlum şəxslər tərəfindən güllələnib.

Onun nəşi qatarla Tiflisə göndərilib və Tiflis qəbiristanlıqda dəfn edilib.

1920-ci ildən sonra Pyotr Montin və Xanlar Səfərəliyev kimi köhnə bolşeviklərin adı şəhər və qəsəbələrə verilməyə başlanıb.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanın bir çox şəhər və rayonlarında sovet dövründən qalma adların dəyişdirilməsi prosesi başlasa da, bəzi hallarda bu proses ya gecikib, ya da ümumiyyətlə həyata keçirilməyib. “Montin” məsələsi də məhz belə nümunələrdəndir.

“Montin” adı ətrafında gedən müzakirələr bir daha göstərir ki, toponimika sadəcə xəritə üzərindəki adlar toplusu deyil – bu, ideologiya, tarix və kimlik məsələsidir. Bu baxımdan, cəmiyyətin və müvafiq qurumların bu kimi məsələlərə həssas yanaşması zərurətə çevrilib.//musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 May 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri