“Montin”, “Vorovski”, “Razin” ləğv olunur?
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda “Montin”, “Vorovski”, “Razin” kimi yer adları yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov qeyd edib ki, hansısa şirkətlər müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edirlər: “Məsələn, reklam edilir ki, tədris kursu “Montin”də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu yerli icra hakimiyyətindən maraqlanmışam. Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur”.
Deputat bildirib ki, ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Toponimiya komissiyası ciddi araşdırır: “Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndininin adını dəyişdirdik, "Çənlibel" adlandırıldı. Halbuki ikisi də türk mənşəli addır. Kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 May 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















