Icma.az
close
up
RU
Bakıda böyük söküntü başlayır Tramvay xətti haradan keçəcək?

Bakıda böyük söküntü başlayır Tramvay xətti haradan keçəcək?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, tramvay xəttinin çəkilişi nəzərdə tutulur:
“Bu xətt “Seabreeze” ərazisindən başlayaraq Mehdiabad, Məhəmmədi və Binəqədi istiqamətindən keçməklə “28 May” metro stansiyasına qədər uzanacaq. Təbii ki, bəzi ərazilərdə mövcud koridor olmadığı üçün yeni koridorun yaradılması məqsədilə müəyyən tikililərin istər fərdi yaşayış evlərinin, istərsə də obyektlərin sökülməsi planlaşdırılır. Hazırda marşrut hələ dəqiqləşdirilməyib, güzərgah seçimi aparılır. Yolun oxu elə müəyyən ediləcək ki, həm daha münasib, həm daha sərfəli, həm də daha faydalı olsun və eyni zamanda söküntülər minimuma endirilsin. Bu məsələlərin həlli istiqamətində hazırda müvafiq addımlar atılır”.
Bu layihə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının mühüm tərkib hissəsidir və Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etmək məqsədi daşıyır. Şəhərin kənar qəsəbələrinin mərkəzlə birbaşa və sürətli relsli nəqliyyatla bağlanması paytaxtın mobillik strategiyasında inqilabi addım hesab olunur.
Mehdiabad, Binəqədi və Məhəmmədi istiqamətində yaşayan sakinlər üçün bu, gələcəkdə tıxacda qalmadan şəhər mərkəzinə çatmaq imkanı deməkdir. Lakin layihənin keçəcəyi potensial yollar üzərində evi və ya obyekti olan şəxslər üçün bu, gələcəkdə köçürülmə və kompensasiya məsələlərinin gündəmə gələ biləcəyinə işarədir. Odur ki, marşrut xətti tam dəqiqləşənə qədər həmin istiqamətlərdəki mülkiyyət məsələlərinə diqqətlə yanaşmaq tövsiyə olunur.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri