Icma.az
close
up
RU
Bakıda tramvay keçəcək ərazilərlə bağlı KONKRET

Bakıda tramvay keçəcək ərazilərlə bağlı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində növbəti mühüm addım kimi tramvay xəttinin yenidən bərpası məsələsi gündəmə gəlib.

KONKRET.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov  Oxu24.com-a bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

“Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.

Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

Tramvayın bir çox üstünlükləri var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir.  Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər.

Dünya təcrübəsi göstərir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha bir üstünlüyüdür”.

İctimai nəqliyyatda ən böyük problem vaxt itkisidir. Tramvay isə rels üzərində, tıxaclardan asılı olmayaraq hərəkət edən “dəqiq saat” deməkdir. Ekspertimiz hesab edir ki, tramvayların avtonomluğu və müasir tələblərə cavab verməsi Bakı üçün həyati əhəmiyyət kəsb edir. Bakının dar küçələrində bu infrastrukturu qurmaq nə dərəcədə mümkündür? Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib:

“Bakıda tramvayların bərpası məsələsi artıq layihələndirmə mərhələsinə gəlib çıxıb. Bu, dövlət proqramında da təsbit olunub ki, Bakı şəhərində tramvay xətti olacaq. Və bu real bir məsələdir. Həmçinin, ictimai nəqliyyatın şaxələndirilməsi üçün vacib addımlardan biridir.

Əlbəttə ki, tramvay ictimai nəqliyyatda yükün bir qismini öz üzərinə götürəcək. İndi bilirsiniz ki, bizim ictimai nəqliyyatımız metro və avtobusdan ibarətdir. Taksi və dəmir yolu burada köməkçi alət kimi istifadə olunur. Və tramvayların ictimai nəqliyyata qayıdışı ilə, əlbəttə ki, bizim ictimai nəqliyyatımız güclənəcək və burada artıq bir nəqliyyat dördbucağı yaranacaq. Dəmir yolunun özü də qismən indi ictimai nəqliyyatın bir qolu kimi müəyyən yerlərdə də istifadə olunur.

Və tramvay öz səmərəsini verəcək. Məlumdur ki, tramvay rels üzərində hərəkət edir, ona görə də maneəsiz hərəkət edir və vaxtı-vaxtında mənzil başına, qrafik üzrə sərnişinləri çatdıra bilir. Həmçinin, daha çox sərnişin daşıya bilir.

Sadəcə düşünürəm ki, tramvay xətləri, avtonom olmalıdır. Yəni ona ayrıca bir zolaq ayrılmalıdır. Tramvaylar avtomobillərlə müqayisədə daha sürətli olmalıdır.

Tramvay xətləri mümkün ərazilərdən keçəcək, harada ki bu infrastrukturu yaratmaq mümkündür, oradan keçəcək. Fikrimcə, müəyyən yerlərdə əlavə yol ötürücülərinə, körpülərinə, hətta tunellərə də ehtiyac olacaq. Çünki, biz tramvay xəttini bərpa ediriksə, bu bugünkü müasir tələblərə cavab verən tramvay xətti olmalıdır, tramvaylar olmalıdır, bir qədər sürətli olmalıdır, köhnə sovet sistemində olan tramvaylardan olmayacaq. Ona görə müəyyən yol infrastrukturunda dəyişikliyə ehtiyac olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Fevral 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri