Bakıda bu binada yaşayan 59 ailə təhlükə ilə üzüzədir (VİDEO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bakının Mayakovski küçəsi, 15 ünvanında yerləşən və 92 il əvvəl tikilmiş bina qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, köhnə binada 59 ailə, 250-dən çox sakin hər gün dağıntılar altında qalma təhlükəsi ilə üz-üzədir.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumların qəbulunda olublar, amma qəzalı vəziyyətdə olan bina haqda hələ də tədbir görülmür. Buna səbəb isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bina haqda lazımi rəyi verməməsidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər”ə bildirilib ki, bina 2011-ci ildə qəzalı elan edilib. Həmin dövrdə sakinlərlə razılıq əldə olunmadığından köçürülmə prosesi başlasa da, bugünədək bitirilməyib. Hazırda qəzalı binanın mənzillərinin sahələrinin dəqiqləşdirilməsi və qiymətləndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Dekabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















