Icma.az
close
up
RU
Bakıda bu binalar da sökülə bilər Dəyişiklik gözlənilir

Bakıda bu binalar da sökülə bilər Dəyişiklik gözlənilir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkumun ölməsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən əksər penitensiar müəssisələr hələ də Sovet dövründən qalan infrastruktura malikdir. Onların çoxu istismar müddətini keçib, köhnə və yararsız vəziyyətdədir. Son hadisə bu binaların nə dərəcədə qəzalı durumda olduğunu bir daha ortaya qoyub.

Həmin binalar yeniləri ilə əvəz edilə bilərmi? Ümumiyyətlə, bu sahədə hansı problemlər var?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Ədliyyə Nazirliyinin bir neçə cəzaçəkmə müəssisəsində dəyişikliklər etdiyini deyib:

Novella Cəfəroğlu

“Məsələn, qadın təcridxanasında, gənclərin cəza çəkdikləri müəssisələr və bir neçə yerdə bu prosesin şahidi olmuşuq. İndi də planda belə addımlar var. Həmçinin, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı təklif etmişdi ki, köhnə cəzaçəkmə müəssisələrinin yenilənmə işi tikinti şirkətlərinə həvalə olunsun. Həmin şirkətlər beynəlxalq standartlara uyğun cəzaçəkmə yerləri inşa edərsə, dövlət büdcəsindən vəsait də xərclənməzdi. Belə təkliflər qəbul olunsaydı, problem asanlıqla həll edilər və bu cür bədbəxt hadisələrin qarşısı alınardı”.

Deputat Fazil Mustafa bildirib ki, problem köhnə tikililərlə əlaqədardır:

”Bu, məhbusların qorunması və saxlanma şaraiti ilə bağlı müəyyən narahatlıqlar yaradır. Düzdür, son vaxtlar məhkumların şəraitinin yaxşılaşdırılması istiqamətində həm hökumət, həm də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi müsbət işlər görür. Dəyişiklikləri rahat şəkildə görmək mümkündür. Lakin bəzi cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalı və müasir tələblərə uyğun həbsxanalar tikilməlidir. Əks halda, bu cür hadisələrin olması gözləniləndir. Hansısa dam örtüyünü dəyişməklə problem həll edilmir. Yeni infrastruktur qurulmalıdır”.

Fazil Mustafa

Millət vəkilinin sözlərinə görə, məhbus sayı kifayət qədər çoxdur və onların yerləşdirilməsi üçün şərtlər uyğun olmalıdır:

”Məhkumların saxlanıldığı bəzi yerlərdə adambaşına düşən çarpayılar da standartlardan bir az kənardadır. Bu istiqamətdə cari ilin büdcəsindən müəyyən qədər vəsait ayrılmalı, yeni yerlər tikilməlidir. Fikrimcə, bunlar təmin edilsə, bu cür fövqəladə hallar baş verməz”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri