Icma.az
close
up
RU
Bakıda bu tikililər də sökülə bilər: çağırış edildi, qərar gözlənilir SİYAHI

Bakıda bu tikililər də sökülə bilər: çağırış edildi, qərar gözlənilir SİYAHI

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dərnəgül tikinti materialları bazarının şəhərin kənarına köçürülməsi qərarı bir sıra məsələləri gündəmə gətirib. Bu fonda Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) çağırışı xüsusilə diqqət çəkib. Bildirilib ki, oxşar addım digər obyektlər üçün tətbiq edilə bilər.

Sitat: “Hökuməti o cümlədən cəzaçəkmə müəssisələrinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməklə, həmçinin “Baku Steel Company” QSC-nin şəhərin kənarına köçürülməsi, Sədərək bazarının yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə yenidən tikilməsi barədə də qərarlar qəbul etməyə çağırırıq”.

Qeyd olunan iri müəssisələr və bazarlar şəhərdən kənara köçürülsə, minlərlə insanın iş yeri və dolanışığı necə təmin edilməlidir? Köçürülmə prosesi hansı formada aparılmalıdır?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, ƏHD Partiyası yarandığı gündən dövlətin iqtisadi proseslərdə yalnız yumşaq tənzimləyici funksiyasının önə çəkilməsinin, belə proseslərə müdaxilə etməməsinin tərəfdarı olub:

“Dövlət mülkiyyətində olan iri müəssisələrin özəlləşdirilməsi büdcəmizdə külli miqdarda vəsaitlərə qənaə edilməsinə gətirib çıxara bilər. Hazırda iqtisadiyyatımızın əsas vəzifələrindən biri, özəl sektorun inkişafına və xərclərin optimallaşdırılmasına nail olmaqdır. Bu məqam xüsusi dövlət proqramlarında yer alır. Xərclərin optimallaşdırılmasının əsas yolu isə dövlət mülkiyyətində olan iri müəssisə və xidmət sahələrinin özəlləşdirilməsindən keçir. Büdcəni əlavə yüklərdən azad etməyin yolu struktur dəyişiklikləri ilə yanaşı, həm də dövlətin iqtisadi münasibətlər sisteminə müdaxilə etmədən, istehsal, emal və xidmət sahəsi ilə məşğul olmadan ədalətli rəqabət mühiti yaratmaqdır”.

Deputat qeyd edib ki, cəzaçəkmə və iri özəl müəssisələrin şəhərdən kənara köçürülməsi üçün onların bağlanmasına ehtiyac yoxdur:

“Məsələn, cəzaçəkmə müəssisələri şəhərdən kənarda inşa edilməli, daha sonra oradakı insanlar yeni yerlərə köçürülməlidir. Özəl müəssisələrə də kənarda uyğun ərazi ayırmaq və onları güzəştli kreditlərlə təmin etmək mümkündür. Eyni yanaşma “Baku Steel Company” QSC-yə tətbiq edilə bilər. Bundan başqa, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməsi prosesinin də xüsusi proqram əsasında həyata keçirilməsi mümkündür. Proqramda yer alan istiqamətlərdən biri də sahibkarların şəhərdən kənarda yeni emal zavodu inşa etməsi ilə bağlı ola bilər. ƏHD Partiyası Bakıdakı xüsusi təyinatlı ali təhsil, orta ixtisas müəsisələri istisna olmaqla, digərlərinin bölgəyə köçürülməsi təşəbbüsünü də dəfələrlə irəli sürüb. Məlumdur ki, paytaxtakı universitetlərin əksəriyyətinin infrastrukturu dünyada qəbul edilmiş standartlara uyğun gəlmir. Bölgələrdə univesitet şəhərcikləri yaratmaqla, həm Bakıdakı sıxlığın qarşısını almaq, həm də bölgələrin iqtisadi inkişafına töhfə vermək olar”.

Elçin Mirzəbəyli

Millət vəkili əlavə edib ki, təmsil etdiyi Ağsu rayonunda nəinki ali, orta ixtisas, heç peşə məktəbi belə yoxdur:

“Hazırda dünyada təhsil ən böyük biznesdir. Mən hələ inkişaf etmiş Qərb ölkələrini nümunə gətirmirəm. Qardaş Türkiyənin elə kiçik şəhərləri var ki, oranın əhalisinin əhəmiyyətli hissəsi universitetlərin hesabına dolanır. Bu və ya digər bölgədəki ali təhsil, yaxud orta ixtisas müəssisəsi həm də turizmin inkişafı üçün vacib elementlərdən biridir. Əgər bir rayondakı ali məktəbdə 3 min tələbə təhsil alırsa və onların hər biri ay ərzində orta hesabla 500 manat xərcləyirsə, bu, 18 milyon deməkdir. Hələ passiv gəlirlərdən danışıram. Onların yaxınları ildə bir neçə dəfə doğmalarına baş çəkə bilər, bu da özlüyündə xidmət sahəsinin, turizmin inkişafına birbaşa töhfədir. Sadəcə belə addımları zaman itirmədən atmaq lazımdır. ƏHD Partiyasının da istəyi insanların iş yerləri əldə etməsidir. Köçürülmə o demək deyil ki, bir yerin qapısını bağlayıb, işçiləri də qeyri-müəyyən müddətə evlərinə göndərəcəklər. Şəhərdən kənardakı yeni müəssələr fəaliyyətə başlayanadək köhnələri fəaliyyətlərini davam etdirəcəklər”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, adı çəkilən müəssisələr, o cümlədən Dərnəgül bazarı özəl sektorun mülkiyyətindədir:

“Buna görə də onların köçürülməsi ilə bağlı dövlətin birbaşa qərar verməsi mümkün deyil. Bu proses üçün xüsusi prosedur hazırlanmalı, sahibkarların maraqları qorunmalı və mümkün itkilərin kompensasiyası təmin edilməlidir. Şəhər ətrafında yerləşən iri sənaye müəssisələrinin və bazarların köçürülməsi məntiqli sayıla bilər. Lakin bunun üçün əvvəlcədən infrastruktur hazır olmalıdır. Məsələn, əgər müəssisələr Sədərək və ya Binə istiqamətinə köçürüləcəksə, işçilərin gediş-gəlişi, logistika və digər zəruri məsələlər planlaşdırılmalıdır”.

Natiq Cəfərli

İqtisadçı vurğulayıb ki, köçürülmə dövründə zavodların fəaliyyətinin dayanması minlərlə insanın işsiz qalmasına səbəb ola bilər:

“Buna görə də həm sosial, həm də iqtisadi nəticələri nəzərə alan xüsusi plan hazırlanmalıdır. Təklif səsləndirmək asan olsa da, həyata keçirmək mürəkkəb prosesdir. Bu halda dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmi yaradılmalıdır. Əgər boşalan ərazilərdə yeni yaşayış massivləri salınacaqsa, bu, böyük biznes potensialı yarada bilər. Nəticədə dövlət və özəl sektorun iştirakı ilə əldə edilən gəlirlərdən həm sahibkarlara, həm də köçürülmədən zərər görən vətəndaşlara kompensasiya ödənilməsi mümkündür”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri