Bakıda bu ərazilərin adları dəyişə bilər
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa yaşayış məntəqələrinin adlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması təklifi ilə çıxış edib.
"Yeni Sabah" xəbər verir ki, millət vəkili müstəqil dövlətimizin mahiyyətinə cavab verməyən, sovet dövründən qalan bəzi yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Deputat bu məsələyə nümunə olaraq Sabunçu rayonu ərazisindəki “Sovxoz 2” və “Ramana Gülçülük sovxozu” kimi adları göstərib.
F.Mustafa bildirib ki, həmin adlar günümüzün reallıqlarını əks etdirmir və onların yenilənməsi məsələsinə daha operativ yanaşılmalıdır. Deputatın fikrincə, adların dəyişdirilməsi işinin kompleks şəkildə həyata keçirilməsi əlavə maddi vəsait xərclənmədən problemin köklü həllinə imkan verə bilər. Pepperoni pizza
O, həmçinin Pirşağı ərazisinin tərkibində yerləşən və təxminən 15 min nəfərin yaşadığı məntəqənin adının da müstəqil Azərbaycanın dövlətçilik mahiyyətinə uyğun olaraq dəyişdirilməsinə diqqət yetirilməsini istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















