Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 may, AZƏRTAC
Doğma divarlar arasında çıxış etmək mənə əlavə motivasiya verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində bürünc medal qazanan Azərbaycanın idman gimnastı Leyla Məmmədzadə deyib.
Çoxnövçülük proqramında və yığmanın tərkibində komanda hesabında üçüncü yeri tutan gimnast çıxışından tam razı qalmadığını söyləyib: “Daha yaxşı çıxış edə bilərdim. Məşqlər zamanı üzərində çalışdığım bəzi texniki elementlərdə kiçik səhvlərim oldu. Rəqiblərim güclü idilər. Buna baxmayaraq, qazandığım nəticəni pis hesab etmirəm. Amma məqsədim qızıl medal qazanmaq idi. Düşünürəm ki, turnir mənim üçün yaxşı təcrübə oldu. Qarşıdakı yarışlarda səhvlərimi aradan qaldırmağa çalışacağam”.
Qeyd edək ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirə mayın 16-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 May 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















