Dünya Kubokunda bürünc medal qazanan gimnast: Yenidən Azərbaycanda olmaq çox xoşdur
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dünya Kubokundakı çıxışımdan razı qaldım”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bürünc medal qazanan serbiyalı gimnast Peter Vefiç deyib.
Paralel qollarla hərəkətlərin icrasında fəxri kürsüyə qalxan gimnast çətin keçən yarışda medal qazanmağın qürurverici hiss olduğunun bildirib: “Ölkəmə medalla qayıtmaq istəyirdim. Həyəcan var idi. Amma fəxri kürsüdə yer aldığım üçün xoşbəxtəm”.
Gənc idmançı Azərbaycan xalqına da təşəkkür edib: “İnsanlar heyrətamizdir. Bizə çox mehriban davrandılar. Yenidən Azərbaycanda olmaq çox xoşdur. Mənim artıq azərbaycanlı dostlarım var. Bakını yenidən gördüyüm üçün sevincliyəm. Əla şəhəriniz var”.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib. Azərbaycan yarışı bir qızıl medalla başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















