Bakıda çarəsiz qalan Şri Lanka vətəndaşları sığınacağa yerləşdirildilər
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıya səfər edən Şri-Lanka vətəndaşlarından ibarət ailə ölkələrinə qayıda bilmirlər.
Moderator.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı paylaşım edib.
Məlumata görə, ailə səfərini başa vurub ölkəsinə qayıtmaq istəsə də, Şri-Lankada hökm sürən güclü leysan yağışları və nəticədə yaranan təbii fəlakət səbəbindən təyyarə reysləri ləğv edilib.
Onların qida təminatında mütəmadi problemlər yarandığı üçün hazırda ailə başçısı gündəlik oteldə qalır, xanım isə sığınacağa yerləşdirilib. Həyat yoldaşı hər gün sığınacağa gələrək xanımını ziyarət edir.
Ailənin düşdüyü çətin vəziyyətlə bağlı onların bir dostu da yaxından maraqlanır. Eyni zamanda, ailənin öz ölkələrinə təhlükəsiz şəkildə qayıtması üçün Beynəlxalq Miqrasiya Təşkilatı onların geri dönüş biletlərinin təmin olunması istiqamətində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















