Azərbaycan və Şri Lanka arasında memorandum imzalanacaq
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, Şri-Lankanın Nazirlər Kabineti "ASAN xidmət" ilə Şri-Lankanın Dövlət İdarəetmə, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında sazişin bağlanması haqqında təklifi təsdiqləyib.
Sənədin bu il noyabrın 5-6-da Azərbaycanda keçiriləcək BMT-nin dövlət qulluğunda innovasiyalar üzrə forumunun çərçivəsində imzalanacağı gözlənilir.
Memorandum dövlət xidmətlərinin modernləşdirilməsi sahəsində, o cümlədən təhsil proqramları, təcrübə keçmə və iki ölkə arasında təcrübə mübadiləsi vasitəsilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Bundan əlavə, tərəflər dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmləri yaratmaq, həmçinin işin nəticəliliyini artırmaq məqsədilə bu xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi prosedurlarını tətbiq etmək niyyətindədirlər.
Saziş üç il müddətinə nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















