Icma.az
close
up
RU
Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: Uşaqlığı yenidən əzəmətli edək

Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: Uşaqlığı yenidən əzəmətli edək

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda keçirilən COP29 iqlim konfransında qeyri-adi bir qonaq - Filip Makmaster, yəni "Sustaina Claus" kimi tanınan Davamlı İnkişaf Santa Klausu iştirak edib. Filip vətəndaş hüquqları fəalı, keçmiş MBA professoru və ekoloji sahibkarlıq təşəbbüskarıdır. O, cəmiyyət, ətraf mühit və iqtisadiyyat arasındakı harmoniyanı simvolizə edən üç barmaq işarəsi ilə tanınır.

Oxu.Az-a danışan Davamlı İnkişaf Santa Klausu bildirib ki, 2015-ci ildəki tarixi Paris sammitindən başlayaraq 10 ildir Davamlı İnkişaf Məqsədləri (DİM) və Paris Sazişinin həyata keçirilməsi uğrunda mübarizə aparır. Lakin onun sözlərinə görə, 10 il sonra bəşəriyyət hələ də yerində sayır.

Filip ilk dəfə Azərbaycana səfər edib və ölkədən çox təsirlənib. Onun geyimində Azərbaycan bayrağı olan hədiyyə edilmiş nişan və zamanla köhnəlmiş DİM nişanı var - bu nişan "Reality Rooster" xoruzu və "Low Carbon Panda" pandası ilə birlikdə Everestə qalxarkən Santa Klausla olub.

"Dağa qalxmaq çox təhlükəli və çətin məşğuliyyətdir. DİM-ə nail olmaq da belədir. Bu çox çətindir. Amma görünür ki, biz bundan imtina edirik", - deyə Makmaster təəssüflə qeyd edib.

Onun fikrincə, dünya uşaqlıqdan və uşaqlardan imtina edir, bunsuz isə bəşəriyyətin gələcəyi yoxdur.

"Məhz buna görə kampaniyamız "Uşaqlığı yenidən əzəmətli edək" adlanır. Biz COP-da bununla məşğuluq. Biz burada cibimizə gedəcək pul üçün deyilik. Əsas məsələ sülhə nail olmaq, uşaqların öldürülməsini dayandırmaqdır", - deyə o əlavə edib.

"Sustaina Claus" bəzi Avropa liderlərinin COP29-da iştirakdan imtina etməsini "çirkin və nəzakətsiz" adlandıraraq tənqid edib.

"COP siyasət haqqında tədbir deyil və olmamalıdır. Mən daim deyirəm ki, bu, gələcəyimiz olan uşaqlıq və uşaqlar haqqında olmalıdır", - deyə o vurğulayıb.

"Dünyada böyük dəyişikliklər baş verir. Məsələn, ABŞ-də prezident seçkisi keçirilib. Çoxu soruşur ki, bu hadisə dünyanı düzəldəcəkmi? Xeyr, düzəltməyəcək. Bu vəziyyəti daha da pisləşdirəcəkmi? Heç vaxt bilmərsən. Bəlkə də yaxşı olacaq, amma dəqiq deyil. Məsələ ondadır ki, başqalarının sənin, ailənin və gələcəyin üçün qərar verməsinə icazə vermək olmaz. Hamımız oyanmalıyıq. Məhz buna görə mənimlə hamını reallığa qayıtmağa çağıran bu balaca axmaq xoruz oyuncağı var ", - deyə Davamlı İnkişaf Santa Klausu bildirib.

Makmaster, həmçinin bəşəriyyəti planetin qarşısında duran real problemləri - qlobal istiləşmə, quraqlıq, içməli su və ərzaq çatışmazlığını dərk etməyə çağırıb.

"Reallıq ondan ibarətdir ki, yer üzündə get-gedə daha isti olur, quraqlıq tüğyan edir və içməli su ehtiyatları azalır. Bu bizim üçün nə deməkdir? Get-gedə daha az qida. Biz bu problemləri həll etməliyik", - deyə o bəyan edib.

Sonda Filip öz torbasından ən sadə, lakin ən vacib hədiyyəni - ətrafındakı hər kəslə bölüşməyə çağırdığı səmimi təbəssümü çıxarıb. Bəlkə də dünyamızı bir az daha yaxşı etmək üçün məhz bundan başlamaq lazımdır.

Rufina Abdullayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri