Icma.az
close
up
RU
Davamlı inkişaf formatı

Davamlı inkişaf formatı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 21-də Çin Xalq Respublikasının aparıcı media orqanı olan Sinxua agentliyinə verdiyi geniş müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu müsahibə yalnız ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də gələcək strateji əməkdaşlıq üçün açılan yeni üfüqləri nümayiş etdirir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Çin arasında formalaşmış siyasi dialoqun yüksək səviyyəsini, iqtisadi əməkdaşlığın genişlənməkdə olan dinamikasını və ümumilikdə ikitərəfli əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Xüsusilə “Kəmər və yol” təşəbbüsünə Azərbaycanın verdiyi dəstək və bu təşəbbüs çərçivəsində həyata keçirilən layihələrin regional əməkdaşlığa töhfəsi müsahibədə əsas vurğu nöqtələrindən biri idi.
Azərbaycanın tranzit-logistika imkanlarının artırılması, Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin perspektivləri və ölkəmizin Çinin Avrasiya məkanına çıxışında oynadığı körpü rolu ölkə rəhbərinin çıxışında əhatəli şəkildə izah olundu. Bu, təkcə iqtisadi fayda baxımından deyil, həm də siyasi etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Qloballaşan dünyada regional təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq kontekstində Azərbaycan-Çin tərəfdaşlığı mühüm strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin müsahibəsində toxunduğu əsas məsələlərdən biri də regional sabitlik və təhlükəsizlik idi. Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti, xüsusilə ərazi bütövlüyünün bərpasından sonra regionda sülh və əməkdaşlıq gündəliyinin təşviqi, Çin kimi böyük dövlətlər tərəfindən təqdir olunur. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan bölgədə sabitliyin əsas təminatçılarından biridir və bu missiyanı uğurla davam etdirir.
Çin ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində verilən bu müsahibə, ölkələrimiz arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərinliyini bir daha nümayiş etdirdi. Azərbaycan-Çin əlaqələri təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu əməkdaşlıq eyni zamanda BMT, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda da davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın Çinlə çoxşaxəli əməkdaşlığın tərəfdarı olduğunu və bu istiqamətdə siyasi iradənin tam mövcudluğunu diqqətə çatdırdı.
Azərbaycanın yürütdüyü xarici siyasət kursu hər zaman milli maraqlar, balanslaşdırılmış yanaşma və suverenlik prinsipinə əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmadan, bütün tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq aparmaq prinsipinə sadiqdir. Çinlə münasibətlər də bu prinsipin parlaq nümunəsidir. Siyasi müstəvidə qarşılıqlı dəstək – xüsusilə “Vahid Çin” siyasətinə Azərbaycanın dəyişməz dəstəyi və əvəzində Çinin də Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməsi – bu etimadın əsasını təşkil edir. Bu baxımdan Çinlə münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi sabitlik, beynəlxalq hüquq və multilateralizm prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibəsi bu tendensiyanın təsdiqi oldu.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Bu müsahibə iki ölkə arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin möhkəm təməl üzərində inkişaf etdiyini təsdiqlədi. Azərbaycanın təşəbbüskarı olduğu enerji, nəqliyyat və logistika layihələrinin Çin tərəfindən dəstəklənməsi, qarşılıqlı investisiyaların təşviqi və siyasi səviyyədə aparılan dialoq, bu münasibətlərin gələcək perspektivlərinin nə qədər geniş olduğunu göstərir.
Azərbaycan Prezidentinin müsahibəsi həm də ölkəmizin xarici siyasətində yeni geosiyasi reallıqlara uyğun çevik və praqmatik yanaşmanı əks etdirir. Çin kimi qlobal gücün diqqətində olan Azərbaycan, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas dayağı kimi çıxış edir. Bu isə onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, qlobal səviyyədə də mühüm və etibarlı tərəfdaş kimi çıxış etməkdədir.

Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri