Icma.az
close
up
RU
Bakıda dəhşət: Ayrılmaq istəyən sevgilisinə 21 bıçaq zərbəsi vurdu

Bakıda dəhşət: Ayrılmaq istəyən sevgilisinə 21 bıçaq zərbəsi vurdu

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2022-ci il oktyabrın 14-də Bakının Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət olayı Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” pub-restoranının qarşısında baş verib.

Həmin gecə cinayəti törədən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Tərlan Qafarov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu.Az bildirir ki, Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Tərlan Qafarov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Əliyevanın onunla birlikdə yaşamaqdan imtina edib ayrılması səbəbindən qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Oktyabrın 14-ü gecə saat 2-də “Kəpənək” formalı açılıb-qatlanan bıçağı götürüb Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” adlı restoranının qarşısına gəlib. Vüsalə Əliyeva işdən çıxandan sonra küçədə ona yumruqla zərbə vuraraq yerə yıxıb. Sonra bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 21 dəfə bıçaqla zərbə vurub və onun öləcəyini güman edərək, hadisə yerindən uzaqlaşıb. Vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmişin həyatı xilas olunub.

İş üzrə dindirilmiş Tərlan Qafarov bildirib ki, 2017-ci ildə Sevda Qafarova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Taksi fəaliyyəti ilə məşğul olub:

“3 il əvvəl sosial şəbəkədə Vüsalə Əliyeva ilə tanış olmuşuq. Günlərin bir günü metronun “Qara Qarayev” stansiyasının yanında görüşmüşük. Getdikcə aramızda yaxın münasibət yarandı. Tanış olandan 2 ay sonra arvadıma Vüsalə ilə münasibətim barədə danışdım. Sevda bunu çox pis qəbul etsə də, bir müddət sonra artıq həyatımda başqa qadın olduğunu qəbul etdi. Vüsalənin Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə gedib-gəlirdim. Birlikdə yaşamağa başladıqdan sonra bir neçə dəfə Vüsalənin başqa şəxslərlə yazışdığını bildim. Qadın məni çox istədiyini, telefonla yazışdığı adamları çoxdan tanıdığını və bir daha yazışmayacağını söyləmişdi. Hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən restoranda işləməyə başlayandan sonra gəlib dedi ki, rəfiqələrinin sevgililəri onlara axırıncı model telefonlar, avtomobillər alırlar. Sevgilimə taksi sürücüsü olduğumu, istədiyi şeyləri almağa maddi imkanımın olmadığını bildirdim. Bundan sonra Vüsalənin mənə qarşı münasibəti dəyişdi. Məhz buna görə, ondan ayrılıb arvadımın yanına qayıtdım. Oktyabrın 14-də yaşadığım evdən çıxıb, piyada Vüsalənin işlədiyi restoranın qarşısına gəldim. İşdən çıxan Vüsalə acıqlı şəkildə məndən niyə gəldiyimi soruşanda, kənara çəkilib 1-2 dəqiqə söhbət etmək istədiyimi dedim. Telefonuna zəng gəldiyini görüb kim olmasını soruşanda, qadın kobud cavab qaytardı. Həmin an ona yumruqla zərbə vurdum, Vüsalə arxası üstə yerə yıxıldı. Cibindən düşən telefonunu götürüb zəngə cavab verəndə, bir kişi məndən Vüsalənin harada olduğunu soruşdu. Həmin şəxsə qadını vurduğumu və hazırda yerdə olduğunu dedim. Vüsalə zəng edən adamın iş yoldaşı olduğunu söyləyəndə, əsəblərimə hakim ola bilmədim və gödəkçəmin cibindən çıxardığım bıçaqla bədəninə xəsarətlər yetirməyə başladım. Qadının qışqırıq səsinə insanların yaxınlaşacağından qorxduğum üçün, əlimdə bıçaqla hadisə yerindən qaçdım. Təxminən 300 metrdən sonra kəsici aləti yerə atdım”.

Tərlan Qafarov əlavə edib ki, Vüsalə Əliyevanın restoranda ofisiant işləməsini və ondan ayrılmasını qəbul etməyib. Qadına qarşı olan sevgisi onu rahat buraxmadığından həmin gecə Vüsalə ilə barışmağa yollanıb, onu öldürmək istəməyib. Aralarında baş verən mübahisələr zamanı təhqirlər qarşılıqlı olub. Vüsaləyə 21 bıçaq zərbəsi vurduğunu öyrəndikdə özü şoka düşüb.

Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, heç vaxt rəsmi ailə həyatı qurmayıb. Nəzrin adlı 17 yaşlı qızı Biləsuvar rayonunda valideynləri ilə birlikdə yaşayır:

“Aramızdakı mübahisələrə Tərlan Qafarovun həddindən artıq məni qısqanması səbəb oldu. Avtomobil və telefon tələb etməyimlə bağlı Tərlanın söylədikləri tamamilə yalandır. Mənim restoranlarda ofisiant kimi işləməyimi, kişi iş yoldaşlarımla əlaqəmin olmasını qəbul edə bilmirdi, məni tez-tez təhqir edirdi. Buna görə, münasibətimiz soyudu və ayrıldıq. Oktyabrın 14-də gecə saat 3 radələrində restorandan çıxanda küçədə Tərlanı gördüm. Niyə gəldiyini soruşanda, Qafarov ölkədən getmək istədiyini və sağollaşmağa gəldiyini dedi. Allah yolunu açıq etsin, hara gedirsən get deyib, sözümü qurtarmamış, Tərlan “yox” cavabı verdi, qolumdan tutub, məni kənara dartdı.

Bıçaqla mənə çoxsaylı zərbələr vurdu. Huşumu itirdiyimdən sonrakı hadisələri xatırlamıram”.

Şahid Əli Məmmədov bildirib ki, oktyabrın 14-də Vüsalə işdən çıxandan 1-2 dəqiqə sonra ona zəng etdikdə, Tərlan Qafarov aqressiv cavab verərək, ondan kim olduğunu soruşub:

“Vüsalənin iş yoldaşı olmağımı söylədim. Qadının səsindən artıq onun həyatının təhlükədə olmasını anladım. Telefonu söndürmədən restorandan küçəyə çıxdım. İş yoldaşımın qışqırıq səslərini eşidib həmin istiqamətdə qaçdım. Qaranlıq olsa da, Tərlanın bıçaq zərbələri vurmasını gördüm. Məni görən kimi Qafarov qaçdı. Vüsaləyə yaxınlaşanda o, heç nə söyləməyib ağlayırdı. Restoranın inzibatçısı və adlarını xatırlamadığım işçilər köməyə gəldilər. Yaralanan qadını Təcili Yardım avtomobili ilə xəstəxanaya yola saldıq”.

Şahid qismində dindirilmiş Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri Kamran Həsənov ifadəsində göstərib ki, oktyabrın 13-dən 14-nə keçən gecə o, digər polis nəfəri Yalçın Hüseynovla Bakıxanov qəsəbəsində xidmətdə olub:

“Gecə saat 3 radələrində restoran tərəfdən səs-küy eşidib, ora yaxınlaşdıq. Küçədə qadının bıçaqlanaraq, yerdə uzandığını və insanların onun ətrafına toplaşdıqlarını gördük. Dərhal avtomobili Vüsalə Əliyevanı bıçaqlayan şəxsin qaçdığı istiqamətdə idarə etdim. Təxminən 300 metr getdikdən sonra yaşayış binasının qarşısında hərəkət edən bir nəfəri görüb maşını yanında saxladım.

Hər ikimiz avtomobildən çıxaraq, Tərlan Qafarova özümüzü təqdim etdik. Tərlan bir az əvvəl qadını vurduğunu etiraf etdi və bıçağı atdığı yeri göstərdi. Cinayəti törədən şəxsi 13-cü bölmənin əməkdaşlarına təhvil verdik”.

Məhkəmə iclasında Tərlan Qafarov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə nəticəyə gəlib ki, Tərlan Qafarovun Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Qafarova həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Qafarov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri