Icma.az
close
up
RU
Bakıda DƏHŞƏT: “Melissa Group” sakinlərin evini belə dağıtdı, vətəndaşın halı pisləşdi ŞOK VİDEO KONKRET

Bakıda DƏHŞƏT: “Melissa Group” sakinlərin evini belə dağıtdı, vətəndaşın halı pisləşdi ŞOK VİDEO KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Melissa Group” şirkətinin özbaşınalığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülərdə mənzillərini tərk etmək istəməyən vətəndaşların evlərinin buldozerlər vasitəsilə sökülməsi əks olunub.

İnsanlar evdə ola-ola bu cür addımın atılması həm vətəndaşlar, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Hətta söküntü zamanı mənzildə olan sakinlərdən birinin halı pisləşib və FHN xilasediciləri də əraziyə cəlb olunub.

Qeyd edək ki, söküntü Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə kucesi, ev 118B ünvanında aparılır. Həmin ərazi Alatava 1 kimi də tanınır.

Orada yaşayan sakinlərdən biri Xəyalə Hacıyevanın KONKRET.az-a verdiyi məlumata görə, adıçəkilən şirkət neçə gündür ki, bu şəkildə vətəndaşları provakasiya edir:

“Bizi sıxışdırmağa çalışdırdılar. Dünən axşam iftar saatında ağır texnikanı gətirdilər. Biz yoldaşımla şübhələndik ki, nəsə edəcəklər. Gecə saat 4-də işığımızı kəsdilər. Evin kameraları işləməsin deyə bu addımı atdılar. Heç bir yerə əlimiz çatmadı. Evin çölün də hasarlayıblar ki, ətrafdan keçənlər bizi görməsinlər. Bu gün də saat 11-12 radələrində buldozerlərlə evimizi vurub dağıtdılar. Evdə bizim olduğumuzu bilə-bilə bu addımı atdılar. Qayınanamın üstünə şüşə düşdü. Evin balkon hissəsi cambalkondur. Hamısı uçdu. Ən azı 5-6 dəfə zərbələr endirdilər. Dağıdan şəxs maskalı idi. Ətrafda 20-yə yaxın kişi vardı. Əmri verib özləri də kənardan baxırdılar”.

Adını açıqlamaq istəməyən digər vətəndaş isə saytımıza açıqlamasında bildirib ki, avqust ayından “Melisa Park” onlara qarşı qərəzlik edir:

“Dayanmadan evə zərər vururlar. Evin kvadratı böyük olduğu üçün ödəniş etmək istəmirlər. Çünki ətrafdakı evlər hamısı kiçikdir. Onlar razılığa gəlib pullarını alıblar. Bizim ev böyük olduğu üçün razılaşmaq istəmirlər. Gah işığımızı, gah da suyumuzu kəsdilər. Axırda da bizi məhkəməyə veriblər. Deyirlər ki, 700 kvadrat evə 173 min manat pul ödəyirlər. Ona görə də mülkiyyət hüququnun ləğv olunması səbəbi ilə məhkəməyə veriblər. Məhkəmə prosesi başlayıb və artıq birinci proses başa çatıb. Hakim özü də deyib ki belə böyük kvadratlı evin konpensasiyası bir milyon manatdan yuxarı olmalıdır. Dəfələrlə evə hücum ediblər, divardan və bünövrədən zərər vurmağa çalışıblar”.

FHN-dən KONKRET.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhər, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

“Melissa Group”un internetdə olan telefon nömrəsinə zəng vursaq da, cavab verən olmayıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında hazırda araşdırma aparılır. Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü artıq saxlanılıb. Fakta görə cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!



Müşviq Tofiqoğlu, 

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri