Icma.az
close
up
RU
Melissa Group un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR

Melissa Group un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə "Melissa Group" tikinti şirkəti arasında razılıq əldə olunub.

Oxu.Az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar olub, problemin sakit formada, sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib: "Artıq mübahisə bitib".

Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb.

"Ərazidəki 20 evdən 17-si sökülüb. Qalan üç evdən biri də budur. Qonşulara kvadratmetr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadratmetr yazılıb, amma real ölçü 700 kvadratmetrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadratmetrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək", - Ü.İsmayıllı vurğulayıb.

O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər hər hansı bir kommersiya şirkəti vətəndaşın mülkiyyətini alırsa, real ölçünün dəyəri ödənilməlidir: "Dövlət ehtiyacları üçün mülklər alınanda isə onun dəyərini müvafiq icra hakimiyyəti müəyyənləşdirir. İndiki halda tərəflər yekun qiymətdə razılığa gələcəklər. Həbib müəllim çox dərinə getməyəcək. O da başa düşür ki, bu vacib məsələdir və razılığa gəlmək lazımdır. Həbib müəllimin istədiyi kompensasiya ödəniləcək".

Vəkil söyləyib ki, məhkəmə "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda buna etiraz etməyiblər: "Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu o deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq".

Ü.İsmayıllı vurğulayıb ki, "Melissa Group"a daxil olan "FEBA MTK" Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb: "Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin sürücüsü barədə cinayət işinə gəlincə, buna məhkəmə qiymət verəcək".

Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. "Melissa Group" evin 700 kvadratmetr olduğunu qəbul etsə və hər kvadratmetr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq.

Əgər tərəflər 500 kvadratmetrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək.

Xatırladaq ki, hadisə martın 27-də baş verib. "Melissa Group" tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.

Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri