Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü FOTOLAR
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış “Lada 015” markalı avtomobilin əl əyləcinin açılması olub:
“3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadının başı asfalta çırpıldığından yerindəcə vəfat etdi”.
Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb.
Globalinfo.az hadisənin təfərrüatı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 06 Aprel 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















