Icma.az
close
up
RU
Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTOLAR

Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTOLAR

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Bu ilin 22 may tarixində Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınmış ağır qəzada ölən şəxsin təqaüdə çıxmış hərbçi olması məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə toqquşan “Opel”də vəfat edən Abdullayev Baxşəli Əziz oğlu zabit olub və kapitan rütbəsində ikən təqaüdə buraxılıb. Belə ki, Vətən müharibəsində Şuşa döyüşləri zamanı ağır yaralanan Baxşəli Abdullayev xeyli müalicə olunduqdan sonra təqaüdə çıxıbmış. O, təqaüdə çıxdıqdan sonra dostuna məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərirmiş. Hadisə də gecə saatlarında Baxşəli Abdullayev taksi fəaliyyəti ilə məşğul olarkən baş verib. Onun sürdüyü avtomobilin yük maşını ilə toqquşması nəticəsində Baxşəli hadisə yerində vəfat edib. Onun 2 azyaşlı övladı qalıb.

Hadisədən sonra yük maşınının sürücüsü Seymur Əliquliyev barəsində cinayət işi açılıb.

B.Abdullayevin həyat yoldaşı bildirib ki, hadisədən bir neçə saat əvvəl əri onu və uşaqlarını maşınla evə aparıbmış:

“Biz 2018-ci ildə ailə qurmuşuq, bu nikahdan 2019 və 2021-ci il təvəllüdlü övladlarımız dünyaya gəlib. Baxşəli keçmiş hərbi qulluqçu idi, 44 günlük müharibənin iştirakçısı olub, hərbi kapitan rütbəsi daşıyırdı. Son döyüşlərdən sonra ağır yaralandığına görə hərbidən təqaüdə çıxmışdı. Təqaüdə çıxdıqdan sonra isə taksi fəaliyyəti ilə məşğul olurdu. Hər gün səhər tezdən saat 08:00 radələrində evdən çıxıb məni işə aparırdı və uşaqları bağçaya qoyurdu, sonradan isə öz işləri ilə məşğul olurdu. Həmişə olduğu kimi, 22 may 2024-cü il tarixdə saat 21:00 radələrində Baxşəli bizi evə qoyub çıxıb getdi. Gecə saat 02:00 radələrində sonuncu dəfə onunla danışdıq. Sonradan isə 03:30 radələrində məlum oldu ki, həyat yoldaşım qəzaya düşüb”.

Mərhumun həyat yoldaşı S.Əliquliyevin dəymiş zərərə görə köməklik etdiyini və ondan şikayətçi olmadığını bildirib.

Suraxanı Rayon Məhkəməsi qəzaya səbəb olan yük avtomobilinin sürücüsünün barəsindəki cinayət işinə baxıb və ona hökm oxunub. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli hökmü ilə yük avtomobili sürücüsü 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri