Icma.az
close
up
RU
Bakıda dəhşətli olay: Ər arvadını xəyanət üstündə döydü, qadın bıçağa əl atdı TƏFƏRRÜAT

Bakıda dəhşətli olay: Ər arvadını xəyanət üstündə döydü, qadın bıçağa əl atdı TƏFƏRRÜAT

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Qaradağ rayonunda ər-arvad arasında qısqanclıq zəminində yaranan mübahisə qanlı olayla nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. 

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Səma qısqanclıq zəminində həyat yoldaşı Mətnlə (adlar şərti verilib – red.) mübahisə edib. 

Onların arasında mübahisənin yaranmasına səbəb isə Mətinin arvadının ona xəyanət etməkdə günahlandırması olub. Bu zaman Mətin arvadını xəyanət etməsi ilə bağlı yaranan mübahisə zamanı onu döyüb. 

Qadın isə əri tərəfindən şiddət gördüyü üçün bıçağa əl atıb. 

O, evdən götürdüyü bıçaqla ərinə bir neçə zərbə vurub. 

İstintaq orqanı tərəfindən Səmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səma ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 9 oktyabr 2023-cü ildə, səhər radələrində həyat yoldaşım Mətn mobil telefonu xarab olduğu üçün məndən mobil telefonu istədi. Mən də telefonu ona verdim. Bir qədər sonra Mətin mənimlə iş yoldaşım Rasim adlı şəxsin yazışmasını gördü və məndən yazışdığım adamın kim olmasını soruşdu. Mətnə həmin şəxsin iş yoldaşım olduğunu və aramızda heç nə olmadığını bildirdi. Bundan sonra Mətin əsəbləşərək mənə şillə vurdu. Siyirmədən bıçaq və “beşbarmağını” götürərək Rasimi öldürəcəyini bildirdi. Sonra telefonu götürdü və qapını arxadan bağlayaraq getdi”.

Səma bildirib ki, Mətin günorta radələrində evə gəlib və açarları verərək uşaqları baxçadan götürməyi bildirib və yenidən gedib: 

“Gecə radələrində Mətin evə çox pis vəziyyətdə gəldi və biraz uşaqla oynayaraq zalda divanda yatdı. Yatmamışdan əvvəl Mətn səhər boşanmaq üçün “ASAN Xidmət”-ə gedəcəyimizi, uşaqların onda qalacağını bildirdi. Mən Mətinin hirsli olduğunu gördüm və cavab vermədim. Onunla sabah danışacağımızı bildirdim. 

Mən səhər tezdən oyandım və uşaqları baxçaya yola salmaq üçün hazırlaşdım. Bu zaman Mətin yuxudan oyanaraq əsəbi halda mənimlə mübahisə etməyə başladı, uşaqları bağçaya özünün aparacağını bildirdi. Mənə bir neçə zərbə vurdu, saçımdan tutaraq dartdı. Əlinə bıçaq alaraq “işə girəndən sənin dilin çox uzanıb, onu kəsmək lazımdır” dedi. Mübahisə zamanı qəflətən Mətinin əlindən bıçağı aldım və onu qorxutmaq istəyən zaman Mətinin sinə nahiyyəsindən vurdu. Sonradan Mətin məndən bıçağı zor tətbiq edərək alan zaman bıçaq ikinci dəfə ona dəydi. Bundan sonra Mətin məni evdən çıxararaq çölə atdı. Mətinin xəsarət aldığını gördüm və ölməyindən qorxdum. Yan qonşunun qapısını döydüm, qonşudan telefon alaraq təcili tibbi yardıma və polisə məlumat verdim”.

İş üzrə zərərçəkmiş Mətinin sözlərinə görə, 9 oktyabr 2023-cü ildə ona məxsus mobil telefonun ekranı xarab olduğundan Səmanın telefonunu ani götürüb: 

“Bu hərəkətimdən Səma narahat oldu. Mən telefonu götürərək hamama getdim. Hamamda olarkən onun mobil telefona baxdım. “İnstqram” sosial şəbəkə hesabında “virtual sevgi” videolarının bir nəfər tərəfindən Səmaya göndərildiyini, aralarında yaxın münasibət olması ilə bağlı yazışmalarını aşkar etdim. Mən bu barədə Səmadan soruşanda özünü itirdi, doğru-düzgün danışa bilmədi. 

Səma ilə danışarkən mənə xəyanət etdiyini dedi. Hamamdan çıxıb telefonu şarja taxdım. Səmanı da qonaq otağına apararaq söhbət etdim. Onun mənə xəyanət etməsini qəbul edə bilmədim. Bu mənə çox ağır gəldi. Səma isə xəyanət etməsini qəbul etmədi, müxtəlif bəhanələr gətirdi. Səmaya telefonunu gətirməsini dedim. 

Həmin vaxt telefon yataq otağında olub. Səma telefonu gətirmək üçün getdi. Biraz gec gəldiyini, kiminləsə yazışdığını hiss etdim. Qışqıraraq onu tez çağırdım. Səma da gəldi. Mən telefonu Səmanın əlindən aldım. Səmaya “whatsapp” vasitəsilə SMS gəlmişdi. Mən SMS yazışmalarını oxuyanda gördüm ki, “Amoda rəhbər” adlı şəxs yazıb, soruşub ki, harda tutub? kim tutub?

Mən Səmanın çağırdım və bir yerdə otuzdurdum. Səmadan mənə  xəyanət etdiyini soruşdum. Düzünü danışacağını desə də, lakin xəyanət etmədiyini dedi. Mən isə yazışmalarından başa düşdüm ki, Səma xəyanət edib. Səmaya dedim ki, mən bu gün bu söhbətin axırına çıxacam, gedib telefonu düzəltdirim, səni də atanın evinə göndərəcəm. 

Sonra telefonu təmir etdirdim. Telefonu düzəltdirərək evə qayıdan zaman Səma zəng etdi və dedi ki, məni bağışla, uşaqları da götürərək özümü 13-cü mərtəbədən aşağı atacam. 

Səmaya dedim ki, uşaqlara nəsə eləsən, sənin başına oyun açacam, sənə heç nə etməyəcəm. Yol boyu Səmanı sakitləşdirdim və evə çatdım. Evdə qızımla biraz oynadım. Sonra Səmaya dedim ki, apar uşağı yatızdır, gəl, söhbət edək. Səma uşağı yatırıb, yanıma gəldi. Səmaya dedim ki, paltarını yığ, taksi sifariş edirəm, gedirsən atanın evinə, atan bu vaxtı tək gəlməyinin səbəbini soruşanda, özün açıqlama verərsən. 

Səma yalvardı ki, bu gün uşaqlarla yatmağa mənə icazə ver, sabah səhər gedərəm. Mən Rasim adlı şəxsə zəng etdim. Mənə dedi ki, Səma ilə danışmışam, onun evli olduğunu bilmirdim, məni bağışla. Mən Rasim adlı şəxsdən mənə məkan göndərməsini istədim. Lakin göndərmədi, nömrəni bloka atdı. Səmanı çağıraraq dedim ki, Rasimlə danışdım, səninlə danışdığını boynuna aldı, mənə yalvarırdı. Həmçinin arvadıma dedim ki, səni gecə yola saqlacaqdım, amma etmirəm, sabah səhər göndərəcəm”.

Mətn qeyd edib ki, daha sonra evdən çıxıb və Lökbatan qəsəbəsində xəstə ziyarətinə gedib: “Gecə saat 2 radələrində evə qayıtdım, çimdim. Səhər saat 07.00-a zəngli saat qurdum, saat 5 radələrində yatdım. Mən qonaq otağında divanda yatmışdım. Saat 06.30-da bıçaq zərbəsinə ayıldım. Gördüm ki, Səma bıçaqla sinə nahiyəmdən 2 dəfə zərbə vurub, sinəmdən qan axıb. Səma  3-cü dəfə zərbə vurmaq istəyəndə sol əlim ilə bıçağı tutmağa çalışan zaman barmaqlarım kəsildi. Mən bıçağı Səmadan aldım və kənara atdım. Səmanın da saçından tutaraq sifət nahiyəsindən bir neçə dəfə zərbə vurdum və evdən çölə atdım”. 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən Səma zərərçəkmiş əri Mətnlə barışıb. Mətndə arvadına qarşı olan şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən qadının barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, eyni əmələ görə 1998-ci il təvəllüdlü Mətinində barəsində ayrıca icraatda cinayət işi başlanıb. Ayrıca icrtaatda aparılan cinayət işi üzrə Mətnin bbarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Həmin ittihamda göstərilib ki, Mətn yaşadıqları mənzilin qonaq otağında arvadının saçından tutaraq döşəməyə çırpıb. Sifət nahiyəsindən yumruq-şillə zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bir müddət əvvəl Mətinin barəsində olan cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mətin 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Bakı şəhəri, Səbail rayonundakı evi hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri