Icma.az
close
up
RU
Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Xəqani ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Çinarəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində baş verib. 
Xocalı şəhər sakini Xəqani yaşadıqları mənzilin qonaq otağında ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Çinarəni bir dəfə şillə ilə sifətindən vurmaqla döyüb. 
Hadisəni törədən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Çinarə ilə 2022-ci ildə rəsmi ailə qurub, bu evlilikdən 2 övladı var: “Çinarəyə qədər bir dəfə ailəli olmuşam. İlk ailəmizdən ayrılandan sonra onunla ailə qurmuşam. Ailə qurduqdan sonra hər bir ailədə olduğu kimi bizim də ailəmizdə mübahisələrimiz olub. Çinarə ilə hərəmiz 60 manat çörəkpulu alırıq. Çinarə özünün həmin kartını anasına verib, pulları anası çıxarıb. Lakin, son zamanlar ikinci övladımın dünyaya gəlməsinə görə maddi cəhətdən pula ehtiyaclarım olub. Bu barədə Çinarəyə dedim ki, imkan varsa, kartı anasından alsın, ailəmizin  dolanışığı üçün istifadə edək”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 23:40-da yaşadıqları evdə olan zaman yemək yeyib: “Çinarə isə anası ilə telefonla danışdı. Çinarəyə bir daha kartı anasından götürməsini xahiş etdim. Çinarə məni nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başladı. Əsəbləşərək evdə olan stulu vuraraq aşırtdım. Çinarə məni nalayiq küçə söyüşləri ilə söyərək təhqir etdiyi üçün hiddətləndim, bir dəfə şillə ilə Çinarənin sifətindən vurdum ki, söyüşlərini dayandırsın. Çinarə isə həyətə qaçaraq getdi. Bir qədər sonra evdə olan zaman polislər gəldi və məlum oldu ki, Çinarə polisə şikayət edib”.
İş üzrə zərərçəkmiş Çinarənin sözlərinə görə, Xəqani onun ikinci əridir: “Mən ilk dəfə ailəli olsam da, sonradan boşanmışam və ilk evliliyimdən övladım olmayıb. Özüm ankoloji xəstəlikdən əziyyət çəkmişəm. Ailə qurduqdan sonra mütəmadi olaraq Xəqani məni səbəbsiz dəfələrlə söyüb təhqir etsə də, mübahisələrimiz olsa da, heç vaxt məni döyməyib və polisdə işlərimiz olmayıb. Mənə dövlət tərəfindən 60 manat çörəkpulu verilir. Həmin pulu anama vermişəm ki, uşaqları üçün lazım olanı alsın. Xəqani isə bundan narazı olub. Bir neçə dəfə buna görə mənimlə mübahisə edib”. 
Zərərçəkmiş deyib ki, sonuncu dəfə hadisə günü yaşadıqları evdə olan zaman yenidən Xəqani onunla mübahisə etməyə başlayıb, 60 manat çörək pulunu anasından alaraq özünə verməyini tələb edib:
“Bunun üstündə yaşadığımız evin qonaq otağında aramızda mübahisə düşdü. Xəqani bir dəfə şillə ilə sifətindən vuraraq mənə xəsarət yetirdi. Qaçaraq həyətə çıxdım və yolda olan zaman Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim. Sonra 13-cü Polis Şöbəsinə gedərək ərizə yazdım, Xəqani barədə qanuni tədbir görülməsini və bir daha bu halların təkrarlanmaması üçün qabaqlayıcı tədbir görülməsini xahiş etdim”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri