Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Bakıda dəhşətli qətl: 62 yaşlı kişi özündən 9 yaş kiçik əlil tanışını öldürdü

Bakıda dəhşətli qətl: 62 yaşlı kişi özündən 9 yaş kiçik əlil tanışını öldürdü

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nəsimi rayonunda 1963-cü il təvəllüdlü Səyavuş Abbasov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş məhkum, 1972-ci il təvəllüdlü Araz Həsənovu qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi 2023-cü ilin oktyabrın 24-də baş verib. Bakı şəhər sakini Səyavuş  həmin gün saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən marketdən alış-veriş edib və sonra isə mağazadan çıxıb. 
Bu zaman həmin marketin yanında dayanaraq dilənçilik edən əvvəllər tanıdığı, sağ aşağı ətrafı budun yuxarı hissəsindən amputasiya olunduğuna görə qoltuqaltı əsa ilə hərəkət edən Araz ona yaxınlaşaraq ac olduğunu bildirib və ondan yemək almasını xahiş etdiyinə görə  onu yaşadığı evə dəvət edib. 
Həmin gün saat 12 radələrində mənzildə birlikdə yemək yeyib spirtli içki qəbul edərkən aralarında yaranmış mübahisə zamanı Arazın davamlı olaraq onun valideyni barəsində nalayiq ifadələr işlətməsi səbəbindən onu öldürməklə qisas almaq qərarına gəlib. 
Səyavuş bu niyyətlə mətbəxə gedib və oradan götürdüyü bıçaqla Arazın sinə nahiyəsinə qəsdən zərbə vurub. Araz aldığı xəsarətlərdən ölüb. 
Hadisəni törədən Səyavuşun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səyavuş ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Araza “Həsən” deyə müraciət edib: “Həsəni 2-3 ildir ki, tanıyıram və hər zaman ona yardım etmişəm. Həsənin sol ayağı dizdən aşağı yoxdur. Hadisə günü təxminən saat 10:30-da evdən çıxaraq məhəllədə yerləşən marketdən siqaret və bir ədəd enerji içkisi almağa getdim. Həsən üstündə az pul olduğunu bildirərək onun üçün də içki almağımı istədi. Həsən eyni zamanda ac olduğunu bildirdi. Mən Həsəni evimə dəvət etdim və televizora baxa-baxa yeyib-içdik. Bu zaman Həsən mənə söyüş söydü. Həsən mənim valideynlərimi də təhqir etdi. Bu zaman Həsənə onu evimə dəvət etdiyimi və söyüş söyməməsini bildirdim. Lakin Həsən yenə söyüş söyməyə davam etdi. Həsən məni aşağı çəkərək yumruq vurdu və kəllə atdı. Həsənin atdığı kəllə məni tutdu. Bu zaman mən Həsəni itələdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Həsənə araq butulkasını çırpıb: “Həsən həmin vaxt köməksiz vəziyyətdə olmayıb: “Mən Həsənin cibində nəsə axtardığını gördüm. Həsən əlini cibinə atdığı üçün qorxdum və bıçaq gətirdim. Stolun üstündə həmin vaxt araq, stəkanlar, külqabı, turşu, qab-qacaq olub, lakin bıçaq olmayıb. Mən Həsəni qorxutmaq niyyəti ilə mətbəx bıçağını götürdüm və Həsənə toxundurdum. Bıçaqla Həsəni qorxutmaq istəyəndə, Həsən özünü qabağa atdı. Mənim Həsəni öldürmək niyyətim olmayıb. Həsənə özünü yığışdırmasını bildirdim. Lakin Həsən mənə əl-qol atdı. Mən də özümü itirdim və Həsəni vurdum. Həsəni vuranda da oturmuş vəziyyətdə olub. Bundan sonra  qorxuya düşdüm və Həsənin meyitini evdən çıxararaq pilləkanlardan aşağı düşürdüm. Daha sonra polislərin blokda nəsə axtardığını gördüm və cinayət əməlimi etiraf etdim. Həsənlə üzbəüz stulda əyləşmişdik. Mən sonradan öyrəndim ki, Həsən narkomandır. Hadisə baş verəndən sonra şok vəziyyətdə olmuşam. Mən qonşuya xəbər etməmişəm və təcili yardım çağırmamışam. Mən bıçağı zibil sellofanına atmışam, meyiti isə blokda pilləkəndən zirzəmiyə düşən yolda otuzdurmuşam və üstünə taxtalar atmışam. Törətdiyim əməldən peşmanam”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən görünür ki, arvadı, övladları ilə birlikdə yaşayıb: “Arvadım Təranə rus dili müəllimə işləyir. Böyük oğlum Türkiyə Respublikasında təhsil alıb, hazırda özəl şirkətlərin birində proqramçı işləyir. Kiçik oğlum isə orta məktəbdə 11-ci məktəbdə oxuyur. Mən də usta kimi evlərin elektrik işlərini görərək qazanc əldə etmişəm. İş olmadığım  hallarda yaşadığı evdə və ya ev ətrafında parkda dincəlmişəm. Bundan başqa ev üçün zəruri olan ərzaq və digər zəruri ehtiyacları mağazadan almışam. Evə bazarlıq üçün adətən Mir Cəlal küçəsində yerləşən marketə getmişəm”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, adını sonradan bildiyi Araz da adını Həsən olaraq oradan təxminən 2- 3 ay olar tanıylb: “Araz mənim  tez-tez bazarlıq etdiyim “marketin qarşısında dayanaraq çörək pulu dilənib. Mən də demək olar ki, həmişə Araza çörək pulu vermişəm. Buna səbəb sağ ayağının yarıdan olmaması olub. Beləcə Arazla aramızda ünsiyyət yaransa da, elə də dostluq münasibətlərimiz  olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, yəni oktyabrın 24-də, təxminən saat 10:30-da  radələrində evdən çıxıb və məhəllədə yerləşən marketdən siqaret, bir ədəd “Go” adlı spirtli içki almağa gedib: “Çünki axşamdan çoxlu spirtli içki qəbul etdiyimə görə özümü yaxşı hiss etməmişəm. “Go” adlı spirtli içkini almaqda məqsədim vəziyyətimin düzəlməsi üçün olub. Mən marketdən siqaret və spirtli içkini aldıqdan sonra marketin yanında yanındakı bisetkada Arazı gördüm və Araza yaxınlaşdım. Arazla salamlaşdım, bu zaman Araz ac olduğunu, səhərə kimi mağazanın qarşısında olduğunu deyərək kömək etməyimi istədi. Bundan sonra Araz cibindən 2 manat pul çıxardı, mən ehtiyac olmadığını deyərək mağazaya qayıtdım. Marketdən bir ədəd araq, kola və kolbasa alaraq mağazadan çıxdım. Özüm də  içmək istədiyimdən Araza evimdə içməyi təklif etdim. Araz da mənimlə razılaşdı. Həmin vaxt evdə heç kim olmayıb. Marketlə evimin arasında olan məsafə təxminən 50 metrdir. Evə çatdıqdan sonra Araza divanda yer göstərdim. Mən də aldıqlarımı və evdə olan digər ərzaqlardan stolun üzərinə qoydum. Bundan sonra Arazla təxminən saat 12-yə kimi yeyib-içdik Təxminən saat 12 radələrində söhbət əsnasında Araza dedim ki, yadındadır, təxminən 1 il bundan əvvəl “Parkur” restoranında yeyib içəndə orada işləyən Zöhrab adlı şəxsin dostu ilə aramızda mübahisə düşdü, həmin oğlan mənim var-yoxumu söydü, sən də orada idin. Araz da cavabında “əgər səni söyübsə, deməli sən həmin söyüşə layiqsən” dedi. Araza “sən yadından çıxarma ki, mənim evimdəsən, necə yəni mənim valideynimi söyür, sən də düz edir, söyür deyirsən” dedim. Araz yenidən “hə də, düz edib” deyə cavab verdi. Arazın bu cavabından əsəbiləşdim. Lakin bunu Araza bildirmədim”. 
Səyavuş Abbasov qeyd edib ki, daha sonra o meyvə şirəsi  gətirmək adı ilə mətbəxə keçib və oradakı bıçaq dəstində olan bıçaqlardan birini götürərək geri qayıdıb: “Həmin vaxt Araz divanda oturmuşdu. Araza yaxınlaşdığım zaman əsəbi halda “mən layiqəm sənin və ya başqalarının söydüyü söyüşlərə?” dedim. Araz mənim şalvarımdan dartaraq b özünə tərəf çəkdi. Mən də əyildiyim zaman Araz əli ilə sifət nahiyəmə vurdu. Arazdan təkrarən “mənim valideynimi düz edib söyüblər” deyə sual verdim. Araz mənə “hə” deyə cavab verdi. Bundan sonra heç bir şey fikirləşmədən sol əlimdə tutduğum mətbəx bıçağı ilə Arazı öldürmək niyyəti ilə onun ürək nahiyəsinə vurdum, sağ əlimdən Arazın başından özümə tərəf çəkərək yenidən həmin sualı soruşdum. Araz təkrarən “hə” deyərək cavab verdiyindən bıçağı sona qədər itələdim. Daha sonra Araz xırıldayaraq divana yıxıldı və bıçağı sinəsindən çıxararaq mətbəxə keçdim. Təxminən 10 dəqiqə mətbəxdə oturduqdan sonra sakitləşərək peşmançılıq hissi keçirdiyimdən özümü də öldürmək  istədim. Amma ailəmi düşündüyümdən özümə qəsd etmədim. Daha sonra bıçağı mətbəxdə olan zibil vedrəsinə atdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Arazın meyitini evdən çıxarıb və izi itirmək qərarına gəlib: “Buna görə də qapını açdım və dəhlizə baxdım. Orada heç kim olmadığından Arazı ayağından tutaraq sürtə-sürtə zirzəmiyə düşən pilləkənlərə gətirdim. Orada olan taxta parçalarının üstünə qoydum və kənarda olan taxta qapını Arazın üzərinə qoydum ki, görsənməsin. Bundan sonra evə geri qayıdaraq şkafda olan mələfəni götürdüm və  divanın üzərinə düşmüş qan ləkələrini təmizlədim. Bununla yanaşı yerə tökülmüş qan ləkələrini də sildim. Daha sonra mətbəxdə zibil vedrəsinə atdığım bıçağı oradan götürdüm və məhəllədə olan zibil yeşiklərindən birinə atdım. Həmin vaxt təxminən saat 13 radələri olub. Daha sonra gedərək məhəllədə yerləşən parkda oturduq. Parkda olduğum zaman yaşadığım binada qonşuluqda yaşayan Misir dayıya başıma gələn hadisə barədə  məlumat verdim, polisə gedib-getməməklə bağlı məsləhət aldım. Misir dayı polisə getməyi məsləhət bildi. Lakin mən evi təmizlədiyimdən və hadisəni törətdiyim bıçağı evdən atdığımdan məndən şübhələrin olacağına inanmadığından tərəddüd etdim. Daha sonra  həyətdə hay-küy olduğunu gördüm və meyitin tapıldığını bildim. Sonra yaxınlıqda yerləşən kafelərində birində pivə içməyə başladım. Sonra polis əməkdaşları məni polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə gəldikdən sonra törətdiyim hadisə barədə məlumat verdim”. 
Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirib ki, Arazın onun evində yemək yeyib, içki içdikdən sonra onu söyməsi onda nifrət hissi yaradıb: “Arazı cəzalandırmaq üçün onu öldürmək niyyəti ilə sinə nahiyyəsinə vurmuşam. Arazı bıçaqla vurduğum zaman mənə müqavimət göstərib. Arazın məni təkrar-təkrar təhqir etməsi və ailəmə qarşı söyüş söyməsi ona qarşı nifrət hissi yaradıb. Buna görə də Arazı öldürmək qərarına gəlmişəm”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Siyavuş 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilsin, barəsində həmin sanksiya həddində aşağı cəza təyin edilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Siyavuş Abbasovun cəzası 15 ilə endirilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri