Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Bakıda dəhşətli qətl: 35 yaşlı kişi qonşusunu öldürdü

Bakıda dəhşətli qətl: 35 yaşlı kişi qonşusunu öldürdü

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Qaradağ rayonunda 1990-cı il təvəllüdlü Nahid Həsənov qonşusu Bəhruz Məmmədovu qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Füzuli rayon sakini N. Həsənov 4 avqust 2024-cü ildə, saat 21 radələrində rayonun Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində yerləşən 37 nömrəli binanın arxa məhəlləsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 1989-cu il təvəllüdlü B. Məmmədova bıçaqla zərbə endirərək ölüdürüb. 
Hadisəni törədən məhkumun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Bəhruz onun uşaqlıqdan sinif yoldaşı olub:
“Aramızda heç bir ədavət olmayıb. mənim Bəhruzu öldürmək niyyətim olmayıb. Hadisədən bir gün əvvəl günorta saatlarında işdən evə gəldim. Oğlum ilə həyat yoldaşımın dayəlik etdiyi uşaq arasında mübahisə baş verdiyini gördüm. Oğlumu döyən uşağa daha böyük olduğunu, bir daha oğlumu vurduğunu müşayiət edəcəyim təqdirdə onu cəzalandıracağım ilə hədələdim”. 
Məhkumun sözlərinə görə, növbəti gün həmin uşağın dayısı Bəhruz ona zəng edərək söyüş söyüb, ertəsi gün görüşməyi təklif edib: “Mən də evdə olduğumu bildirərək həmin gün görüşə biləcəyimi qeyd etdim. Bəhruz məni stadionun yanına dəvət etdi. Bəhruzla görüşdükdən sonra əvvəlcə aramızda əlbəyaxa dava başladı. Bu zaman o, məni təpiklə vurdu. Sonra ayağımdan tutaraq məni qaldırmaq istədikdə cibimdəki bıçağı götürdüm və Bəhruzun kürəyinə sancdım”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə yerinə çatan kimi Bəhruz onun sinəsinə zərbə vurub: “Mən yerə yıxıldım. Qalxdıqdan sonra Bəhruza yumruq vurdum. Mübahisə zamanı bıçaqdan istifadə etməkdə məqsədim məndən güclü olduğu üçün Bəhruzu qorxutmaq olub. Bıçağı onu öldürmək məqsədilə üzərimdə daşımamışam. Usta olduğumdan hər zaman cibimdə bıçaq olub. Bəhruzu bıçaqla vurmamışdan əvvəl onu bıçaqla hədələmək fürsətim olmayıb. Məni ayaqlarımdan tutaraq qaldırdığı zaman ona yumruqla da xəsarət yetirmişəm. Bizi kənar şəxslər ayırdıqdan sonra Bəhruz yenidən üzərimə hücum çəkdi. Bu zaman bıçağı çıxardım, bıçaq belinə dəyən kimi qalxdı. Bıçağın bir hissəsi onun bədəninə batmışdı. Zərərçəkmişə bir neçə bıçaq zərbəsi endirmək imkanına sahib olsam da, onu öldürmək məqsədim olmadığından əməlimi davam etdirməmişəm. Bıçaqla zərbə endirdikdən sonra hər ikimiz hadisə yerindən uzaqlaşmışıq”. 
Nahid Həsənovun ifadəsinə görə, hadisə yerində tanımadığı adamın “Prius” markalı avtomobilinə minib və oradan uzaqlaşıb: “Məktəbin yanında maşından düşdüm. Məhəlləmizdə tanıdığım bir şəxsə öz avtomobilimin açarını verdim və gətirilməsini istədim. Həmin şəxsdə gətirdikdən sonra avtomobilimə mindim. Sonra qardaşım ilə telefonda danışdım. Ona uşaqları evə aparmağı tapşırdım. Adətən idarə etdiyim avtomobili yaşadığım evin birinci mərtəbəsinin pəncərəsinin altında saxlayırdım. Amma hadisədən sonra evimə gedərkən Bəhruzu və üç nəfər adamı pəncərəmizin qarşısında gördüm. Bu zaman yoldaşımın təkidi ilə yenidən mübahisə olmaması üçün avtomobilimi binanın arxa tərəfində saxladım. Oradan çıxaraq Binəqədi ərazisində yaşayan dayımgilə getdim. Ailəm ilə gecəni dayımgildə qaldım. Bəhruza zərbə endirdikdən iki saat sonra dünyasını dəyişib. Hadisə baş verdikdən sonra qardaşıma məlumat vermişəm. Qardaşım da özünü Bəhruzgilə çatdırıb. Ətrafdakılar da Bəhruza görə təcili tibbi yardım çağırıblar. Qardaşım zəng edərək Bəhruzun rəhmətə getdiyini bildirdi. Dayımgildən çıxdıqdan sonra polis əməkdaşları zəng etdi və məni Abşeron Rayon Polis İdarəsinə dəvət etdilər”.
İş üzrə zərərçəkmiş B. Məmmədovun hüquqi varisi qismində ifadə verən şəxsin sözlərinə görə, qardaşının bıçaqlandığını işdən evə gəldikdən sonra bilib: “Evə gələrkən evdə həyat yoldaşım, qardaşım Bəhruz və təqsirləndirilən şəxsin qardaşı Cahid olub. Cahid Bəhruz üçün təcili tibbi yardım çağırılmasını xahiş etdi. Lakin Bəhruz razılaşmadı, Nahidin tutulmağını istəmədi. Qardaşımın halının pisləşdiyini gördükdən sonra Cahidin təkidi ilə təcili tibbi yardım çağırdıq. Lakin Bəhruzun həyatını xilas etmək mümkün olmadı. Təqsirləndirilən şəxslə barışıq əldə etmişik”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə N. Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri