Bakıda dəhşətli qəza: Toyota yandı, ölən və xəsarət alanlar var VİDEO
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.
https://www.instagram.com/reel/DXD80U1ktFY/?utm_source=ig_web_copy_link
Belə ki, "Toyota" markalı avtomobil ilə "Hyundai" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan bir nəfər ölüb, iki nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Toyota" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















