Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində qərar verilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















