DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan daha bir idmançı barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elvin Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Dünən Xətai Rayon Məhkəməsində keçirilən iclasda saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















