Icma.az
close
up
RU
Bakıda əksər premium restoranlarda menyular niyə Azərbaycan dilində yazılmır? VİDEO

Bakıda əksər premium restoranlarda menyular niyə Azərbaycan dilində yazılmır? VİDEO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ana dilinin saflığının qorunması istiqamətində görülən işlərin fonunda reklam lövhələrində, iaşə obyektlərində, xüsusən, restoranların menyularında dilin normalarına, qayda-qanunlarına nə dərəcədə əməl edilməsi tez-tez gündəmə gələn məsələlərdən biridir.

Mövzu ilə bağlı APA TV-nin araşdırmasında məlum olub ki, ölkədəki restoranların bir qismində menyular, ümumiyyətlə, öz dilimizdə tərtib olunmur: "Çox təəssüf ki, bu restoranların əksəriyyəti Bakının mərkəzində və premium xidməti ilə seçilənlərdir. Xüsusilə paytaxtdakı premium hotellərin restoranlarında menyular ingiliscə və ruscadır. Paytaxtda xidmət göstərən, rus, Ukrayna və gürcü restoranlarının da demək olar hamısında menyu ingilis və rus dillərində, türk restoranlarında isə Türkiyə türkcəsindədir. Bu məkanların əksəriyyətində restoran əməkdaşları da rus dilində xidmət göstərirlər, telefon zənglərinə rus dilində cavab verilir. “Niyə Azərbaycan dilində xidmət göstərmirsiniz?” sualına isə cavab absurddur: “Axı biz rus, Ukrayna, gürcü, ya da türk restoranıyıq”. Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Dünyanın heç bir ölkəsində həmin ölkənin dövlət dilində xidmət göstərmədən, menyu tərtib etmədən hüquqi cəhətdən işləmək mümkün deyil".

APA TV-nin əməkdaşlarının mövcud vəziyyətlə tanış olmaq üçün üz tutduqları bahalı məkanların bəziləri mövzu ilə bağlı qapılarını bağlayıb, menyularını kameralardan gizlətsələr də, məsələnin bir neçə aspekti məlum olub:

"Əyləşdiyimiz ilk məkanda menyunun yalnız QR-kod vasitəsilə təqdim edildiyi bildirildi. İnternet üzərindən menyuya nəzər saldıqda isə, xüsusilə, içki adlarının sadəcə ingilis dilində qeyd olunduğunu müşahidə etdik.

Baş çəkdiyimiz digər bir restoranda yeməklərin adının Azərbaycan dilində yazılmasına baxmayaraq, içkilərin yenə də yalnız ingilis dilində təqdim edildiyi diqqətimizi çəkdi".

Reportajı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri