Icma.az
close
up
RU
Yazıların bir çoxu Azərbaycan dilində yazılmır Siyavuş Novruzovdan ETİRAZ

Yazıların bir çoxu Azərbaycan dilində yazılmır Siyavuş Novruzovdan ETİRAZ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik kiçik bir xarakter daşıyır, amma mahiyyət baxımından çox böyük bir dəyişiklikdir".

Redaktor.az xəbər verir ki, bunu parlamentin komitə sədri Siyavuş Novruzov MM-in bugünkü iclasında sözügedən dəyişikliklərin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, dəyişiklik bu gün Azərbaycanın dövlət dilinin qorunmasına xidmət göstərən bir dəyişiklikdir:

"Bu qanunun 9.8-ci bəndində göstərilir ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi ilə, yəni əhali rəyi ilə yanaşı və dövlət dilinin normalarını nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yəni bizim burada əlavə etdiyimiz dövlət dilinin normalarının qorunmasıdır. Yəni o adların verilməsində dövlət dilinin normaları qorunmalıdır.

Bizdə bilirsiniz ki, dil haqqında qanunumuz var, bu qanunda bu normalar hamısı göstərilibdir. Bu qanunda da dəyişiklik etməklə dövlət dilimizin qorunmasına yeni bir xidmət qoyulacaqdır. Özəl sektora da tövsiyə eləyərdim ki, onlar da özlərinin özəl müəssisələrində, təşkilatlarında, iaşə obyektlərində, digər müəssisələrində hər hansı bir adların verilməsində ilk növbədə dövlət dilinin normalarının qorunmasına riayət etsinlər. Bu gün Azərbaycan cəlbedici bir ölkədir, turizm inkişaf eləyir və çoxlu sayda turistlər gəlir. Və siz rast gəlmisiniz ki, yazıların bir çoxu Azərbaycan dilində yazılmır və yaxud da ki ingilis dilində, indi ərəb turistlərinin çoxluğundan istifadə edib ərəb dilində, başqa-başqa dillərdə yazılır.

Amma qanunumuz onu tələb eləyir ki, ilk növbədə Azərbaycan dilində olmalıdır və Azərbaycan dövlət dilinin normalarına uyğun olmalıdır".

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri