Icma.az
close
up
RU
Bakıda ənənəvi Avropa Şəhərciyi təşkil olunub

Bakıda ənənəvi Avropa Şəhərciyi təşkil olunub

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə Bakıda növbəti dəfə Avropa Şəhərciyi təşkil olunub.

525.az xəbər verir ki, “Avropa İttifaqı Bakıda” mövzusuna həsr olunmuş Avropa Şəhərciyi 2025 bulvarda ictimaiyyət üçün öz qapılarını açıb.

Aİ-yə üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Avropa İttifaqının və quruma üzv dövlətlərin səfirləri, nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova iştirak edirlər.

Bu tədbir Avropa İttifaqı, onun dəyərləri və siyasəti, o cümlədən Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq haqqında daha ətraflı məlumat əldə etmək üçün maraqlı imkan təqdim edir. Həmçinin Avropa İttifaqına üzv dövlətlərin tarixi, mədəniyyəti, ənənələri və bu ölkələrdə yaşayan insanların bugünkü həyatı ilə tanış olmaq imkanı da yaradır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında bildirib: “Avropa Şəhərciyi Avropaya açılan bir pəncərədir – Avropa İttifaqını unikal edən zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və ondan zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”.

Avropa Şəhərciyi bu gün 13:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq və bütün yaş qrupları üçün nəzərdə tutulmuş zəngin və əhatəli proqramla Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Bu ilki tədbir sağlam həyat tərzi və idmanın təbliğinə həsr olunub.

 Tədbir zamanı Avropa İttifaqının Azərbaycanda həyata keçirtdikləri layihələr və Aİ Nümayəndəliyinin fəaliyyəti də diqqətə çatdırılıb. Avropa Şəhərciyi üçün planlaşdırılmış maraqlı proqrama üz boyama, nağıl qəhrəmanları ilə uşaq kitabları guşəsi, şahmat turnirləri, futbol və basketbol kimi idman yarışları, müxtəlif viktorinalar daxildir. Əsas səhnədə isə Avropa və Azərbaycan musiqi və rəqs nömrələri, əyləncəli müsabiqələr və mini yarışmalar təqdim olunub.

Tədbir zamanı ziyarətçilər Aİ-yə üzv dövlətlərin pavilyonlarını və Azərbaycanda Aİ tərəfindən dəstəklənən təhsil, regional inkişaf və digər sahələrdə həyata keçirilən layihələrin pavilyonlarını ziyarət etməklə Avropa İttifaqı haqqında daha ətraflı məlumatlar alıblar. “Avropada Təhsil” pavilyonu isə gənclərə Avropadakı təhsil imkanları barədə məlumat təqdim edəcək.

Xatırladaq ki, daha sonra məşhur müğənnilər Samira Əfəndi və the Miles Band ilə Aydan Həsənovanın iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyun 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri