Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Avropa Şəhərciyi 2026” Avropa İttifaqı Gəncədə

“Avropa Şəhərciyi 2026” Avropa İttifaqı Gəncədə

525.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) flaqman tədbiri olan "Avropa Şəhərciyi" 6 iyun 2026-cı il şənbə günü Gəncədə keçiriləcək. 

525.az xəbər verir ki, tədbir ictimaiyyətə Avropa İttifaqı, onun dəyərləri və fəaliyyəti, o cümlədən Azərbaycanla 30 illik əməkdaşlıq və tərəfdaşlığı haqqında daha çox məlumat əldə etmək baxımından maraqlı imkanlar təqdim edəcək. 

Bu, Gəncədə keçirilən ikinci “Avropa Şəhərciyi” tədbiridir. İlk dəfə "Avropa Şəhərciyi" 2016-cı ildə Gəncənin "Avropa Gənclər Paytaxtı" elan edilməsi münasibətilə təşkil edilib.

“Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.

Rəsmi açılış saat 12.00-da Aİ və üzv dövlətlərin Azərbaycandakı səfirlərinin iştirakı ilə keçiriləcək.

Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundciç bildirib: “Avropa Şəhərciyi Azərbaycan ictimaiyyətinə Aİ-ni kəşf etmək üçün əvəzsiz bir fürsət bəxş edən, Avropaya açılan bir pəncərədir. Bu il Aİ ilə Azərbaycan arasında 

30 illik tərəfdaşlığı qeyd etməkdən qürur duyuruq. 1996-cı ildən bəri çox şey əldə etmişik: kənd təsərrüfatından tutmuş biznesin inkişafına, səhiyyə, təhsil, ətraf mühit və bir çox digər sahələrdə Azərbaycan xalqına faydalı olan yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur. Biz tərəfdaşlığımızı daha da gücləndirmək öhdəliyimizə sadiq qalırıq”.

Gəncədə Heydər Əliyev meydanında keçiriləcək "Avropa Şəhərciyi" 6 iyun şənbə günü saat 12:00-dan 17:00-dək qonaqlar üçün açıq olacaq, bütün yaş qrupları üçün zəngin və əhatəli tədbir və fəaliyyət proqramı təqdim ediləcək. Rəsmi açılışdan əvvəl Heydər Əliyev parkında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aİ səfirlərinin iştirakı ilə ağacəkmə tədbiri keçiriləcək.

"Avropa Şəhərciyi" tədbiri üçün planlaşdırılan müxtəlif maraqlı fəaliyyətlərə üz boyama, kukla tamaşası, stolüstü oyunlar və s. kimi uşaqlar üçün nəzərdə tutulmuş proqramlar da daxildir. Əsas səhnə də əyləncə mərkəzinə çevriləcək, viktorina müsabiqələri və mükafatlı mini yarışmalar keçirilərək, Avropa və Azərbaycanın zəngin rəqs və musiqi proqramı təqdim ediləcəkdir.

Tədbir zamanı qonaqlar Aİ-yə üzv dövlətlərin çadırlarını ziyarət etməklə Aİ haqqında daha çox məlumat əldə etmək imkanı əldə edəcək. Avropa İttifaqı Nümayəndəliyi ilə yanaşı, aşağıdakı ölkələr tədbirdə təmsil olunacaq: Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç. 

Saat 19.00-dan 21.00-dək möhtəşəm axşam konserti ilə "Avropa Şəhərciyi - 2026" tədbiri yekunlaşacaq. Konsertdə Çingiz Mustafayev və Dərviş qrupu çıxış edəcək. Avropanı kəşf etmək istəyən hər kəs həftə sonu Gəncədə təbirə qoşulmağa dəvət edilir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri