Icma.az
close
up
RU
Bakıda ər arvadını bıçaqladı Boşanmaq istəyirəm, hər gün dalaşırıq

Bakıda ər arvadını bıçaqladı Boşanmaq istəyirəm, hər gün dalaşırıq

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda 32 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 30-da rayonun Ümid qəsəbəsi baş verib. Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Fazil həmin gün saat 11:00-da yaşadığı evin mətbəxində ailə münasibətləri zəminində həyat yoldaşı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib. Fazil aralarında yaranmış mübahisə zamanı soyuq silah mətbəx bıçağı ilə arvadının sağ sağrı nahiyyəsindən bir dələ vurub. 
Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
ş üzrə ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 30-da, səhər saatlarında yaşadıqları evsə həyat yoldaşı Züleyxa ilə ailə məişət zəminində aralarında sözlü mübahisə yaranıb:
“Mübahisə zamanı əsəbiləşərək mətbəx otağında stolun üzərində olan meyvə doğramaq üçün istifadə edilən bıçaqla arvadımın sağ arxa yan hissəsindən vurdum. Bundan sonra Züleyxa zəng edərək bu barədə polisə şikayət etdi. Törətdiyim əməldən peşman olmuşam”.
İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, 10 ildir Fazil ilə ailə həyatı qurub: “Son zamanlar aramızda tez-tez münaqişələr baş verib. Sonuncu dəfə aramızda baş verən mübahisə zamanı məni pendir bıçağı ilə vurdu. Bundan sonra dərhal polisə məlumat verdim. Hazırda onunla barışmamışam. Biz boşanmaq mərhələsindəyik”. 
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fazil 8 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməsi, hər gün axşam saat 23.00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri