Azərbaycanda ər ondan boşanmaq istəyən arvadını döydü Məhkəmə
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabad rayonunda ər-arvadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Fərid həyat yoldaşı Aytən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə münaqişəsi zəminində mübahisə zamanı Fərid arvadının saçından tutaraq itələyib və yumruqla ağız nahiyəsinə zərbə vurmaqla ona xəsarətlər yetirib.
Fəridə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Aytən ilə ailə həyatı qurub və birgə nikahlarından 2 övladı dünyaya gəlib:
“Mən əvvəllər onunla normal dolanmışam. Lakin bir neçə ay əvvəl spirtli içki aludəçisi olduğum üçün aramızda tez-tez mübahisələr baş verib. O, mənim barəmdə polisə də şikayət edib, nikahımızın pozulması üçün Cəlilabad Rayon Məhkəməsinə də müraciət edib”.
Təqsirləndirilən şəxs deyib ki, dolanışığını təmin etmək üçün mütəmadi olaraq Qaradağ rayonunda yerləşən daş karxanasına işləmək üçün gedib:
“Məlum hadisə günü, yaşadığı evdən daş karxanasına işləmək üçün gedən zaman arvadım ilə mehriban şəkildə vidalaşdıq. Bir neçə gün sonra, axşam saatlarında Qaradağ rayonundan yaşadığım kəndə gəldim. Həmin kənddə yerləşən mağazada spirtli içki aldım və yaşadığım evə piyada getdiyim zaman həmin içkini qəbul etdim. Yaşadığım evə sərxoş vəziyyətdə daxil oldum. Həmin zaman məni evdə qarşılayan arvadım ilə aramızda mübahisə yarandı. O, mənimlə boşanacağını dedi. Mən də əsəbiləşərək onu itələdim, üz nahiyəsindən yumruqla bir dəfə vurdum”.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Fərid 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Abşeronda ər ondan boşanmaq istəyən arvadını döydü
24 Dekabr 2025 15:42
Ər arvadını döydü, qadın bağışladı Məhkəmə
26 Yanvar 2026 17:17
Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
06 Aprel 2026 16:08
Gəncədə ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb
01 Oktyabr 2025 19:21
Baxış sayı:183
Bu xəbər 11 Avqust 2026 14:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları