Icma.az
close
up
RU
Bakıda əsas problem aradan qalxır Rekord say qeydə alındı

Bakıda əsas problem aradan qalxır Rekord say qeydə alındı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ölkədə avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52 milyon 554 min nəfər çoxdur.

2025-ci ilin ilk 5 ayı ərzində şəxsi avtomobil və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8%-ə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı 33,9%-ə qədər artıb.

Bu nəticənin son illərdə ölkədə ictimai nəqliyyatın modernləşdirilməsində görülən işlərlə əlaqədar olduğu bildirilir. Avtobus parklarının yenilənməsi, avtobus zolaqlarının çəkilməsi, elektrikli avtobusların ölkəmizə gətirilməsinin bunda rol oynadığı deyilir.

Ümumilikdə son illərdə ictimai nəqliyyatda hansı işlər görüldü? Və taksi, şəxsi avtomobillərdən ictimai nəqliyyata keçidin geniş vüsət alması paytaxtımızdakı həyata necə təsir edə bilər?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ictimai nəqliyyatdan istifadə tıxacın və sıxlığın aradan qaldırılmasında vacib vasitələrdən biridir:

“Son dövrlərdə ictimai nəqliyyatdan daha çox istifadə olunduğunu görürük. Bunun bir neçə səbəbi var. Məsələn, xüsusi avtobus zolaqlarının açılması insanlarda maraq yaradır, çünki bu zolaqlar avtobusların tıxaca düşməsinin qarşısını alır.

Vüqar Bayramov

Həmçinin oxuyun:

Bakıda taksilərlə bağlı vəziyyət dəyişdi – Saatlara görə…

Nəticədə bir çox hallarda vətəndaşlar gedəcəkləri ünvanlara fərdi maşın və ya taksilər əvəzinə avtobuslarla daha tez çatmağa üstünlük verirlər. Avtobus parkının yenilənməsi də istifadəyə marağı artıran digər amillərdəndir. Yeni avtobusların alınması mühüm addımdır. Beynəlxalq praktikada da buna bənzər nümunələrə rast gəlinir. İnsanların ünvanlarına daha tez çatması, tıxac və sıxlığın azalması üçün əsas amil məhz budur”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə məsələyə belə münasibət bildirib:

“Bakıda son illər ictimai nəqliyyat sahəsində müşahidə edilən müsbət dəyişikliklər təsadüfi deyil. Əgər bir vaxtlar ictimai nəqliyyat tıxacda saatlarla ilişib qalmaq, sərnişinlərin isə əsəbi və yorğun halda dayanacaqlarda gözləməsi ilə müşahidə olunurdusa, indi mənzərə yavaş-yavaş dəyişir. İnfrastruktur layihələri, avtobus parkının yenilənməsi və ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələrinin gətirilməsi paytaxtda ictimai nəqliyyat anlayışını yenidən formalaşdırır.

Müşfiq Cəfərov

Maraqlısı odur ki, artıq insanlar şəxsi avtomobildən avtobusa keçid edir. 2023-cü ildə gedişlərin təxminən yarısı şəxsi maşın və taksi ilə olurdusa, bu il göstərici azalıb. Paralel olaraq ictimai nəqliyyatın payı 28,4 faizdən 33,9 faizə yüksəlib. İşə gecikməmək və tıxacda vaxt itirməmək artıq avtobusun üstünlüyünə çevrilir. Bütün bu faktlar ictimai nəqliyyatın avtobus seqmentindəki cəlbediciliyini artırır.

Bakıda avtobus parkının yenilənməsi də ictimai rəyin dəyişməsində mühüm rol oynayır. Keçən il COP29 ərəfəsində gətirilən 160 elektrikli avtobus artıq şəhər sakinlərinin xidmətindədir. Onlara əlavə olaraq 2025-ci ildə 50 yeni avtobus xəttə buraxılacaq, ilin sonuna qədər isə 200-dən çox ekoloji təmiz və komfortlu avtobusun gətirilməsi gözlənilir.

Düşünürəm ki, dövlətimizin nəqliyyat sahəsindəki siyasəti avtobusu yalnız ucuz və əlçatan nəqliyyat vasitəsi yox, həm də vaxta qənaət edən, ekoloji və sosial baxımdan üstün bir seçim olmasına gətirib çıxaracaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri