Icma.az
close
up
RU
Mane olmaq istədilər, lakin Bakıda rekord qeydə alındı

Mane olmaq istədilər, lakin Bakıda rekord qeydə alındı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Noyabrın 23-də Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti uğurla başa çatdı. Hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Lakin Azərbaycan bütün maneələrə baxmayaraq prosesin öhdəsindən layiqincə gəldi.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, COP29 ərəfəsində Azərbaycana qarşı intensivləşən təzyiq, qarayaxma və böhtan cəhdləri fonunda Azərbaycanın sədrliyində əldə olunan və bu günə qədərki COP-larda rekord hesab edilən nəticə imperialist dairələrə verilə biləcək ən yaxşı cavab idi:

“Eyni zamanda COP29-da əldə olunan razılaşma bu günə qədər iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində əldə edilən ən yaxşı nəticə olmaqla bərabər, həm də çoxsaylı təcavüzkar niyyətlərin fiaskosu kimi tarixə düşdü. Məlumdur ki, tədbir öncəsi Azərbaycan ikili standartlarla üz-üzə qalmış, dünyada qazıntı yanacağının hasilatına görə rolu və payı on faizlərlə hesablanan ayrı-ayrı subyektlərin bu sahədə fəaliyyət həcmi bir faizi keçməyən Azərbaycanı ittiham etməsi faktiki susqunluqla qarşılanır, hətta bir sıra iri QHT-lər və media orqanları qeyd olunan kampaniyanın carçısı kimi çıxış edirdilər. Eyni zamanda Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları kimi dövlətlərin ayrı-ayrı rəsmiləri və həmin dövlətlərin birbaşa himayəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yenidən insan haqları və demokratiya pərdəsi altında tədbirin əsl mahiyyətindən diqqəti yayındırmaq və Azərbaycana qarşı yeni təzyiq dalğası başlatmağa cəhd göstərirdilər”.

Bəhruz Məhərrəmov

Deputatın sözlərinə görə, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki tarixi nitqində Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan bu kimi qarayaxma kampaniyalarına layiqli formada cavab verməyə, əsaslı arqumentlər ortaya qoymağa qadirdir:

“O cümlədən Prezident İlham Əliyev insan haqları və demokratiya amilini siyasiləşdirməyə çalışan beynəlxalq subyektlərin planlarını pozaraq bu istiqamətdə müzakirələri neokolonialist siyasətlərə, daha konkret desək, Fransa və Hollandiya kimi müstəmləkəçi dövlətlərin XXI əsrdə davam edən çoxsaylı cinayətlərinə – məsələn Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi nüvə sınaqları və digər ekoloji cinayətlərə yönəltməyi bacardı. Beləliklə, COP29 iqlim dəyişiklikləri ilə mübarizə fonunda ümumbəşəri dəyərlər naminə  habelə Azərbaycanın milli maraqları fonunda böyük tarixi uğur kimi işini başa vurdu. Bu isə heç şübhəsiz ki, Azərbaycanın geosiyasi çəkisinin, habelə beynəlxalq birliyin məsuliyyətli üzvü kimi nüfuzunun artması və qlobal reallıq yarada bilən beynəlxalq subyekt kimi özünü təsdiq etməsi deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri