Icma.az
close
up
RU
Bakıda ev almaq istəyənlərə BƏD XƏBƏR QİYMƏTLƏR BAHALAŞACAQ

Bakıda ev almaq istəyənlərə BƏD XƏBƏR QİYMƏTLƏR BAHALAŞACAQ

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ay Bakının Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, həmçinin Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu rayonlarda infrastrukturun yenilənməsi, söküntü işlərinin aparılması və əhalinin daha çox cəmləşməsi qiymət artımını şərtləndirən əsas amillərdəndir. Yeni ailələrin yaranması və dərs ilinin başlaması da bazarda alıcı və kirayəçi tələbinə təsir göstərir. Marqarita pizza

"Yeni tikintilərin maya dəyərinin artması, torpaq sahələrinin məhdudluğu və daşınmaz əmlakın investisiya cəlbediciliyini qoruması il ərzində qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır. Payız aylarında alıcı və kirayəçi tələbinin artması da satış qiymətlərinə təsir edir", - deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, oktyabrda, eləcə də noyabr və dekabr aylarında bahalaşmanın ilk növbədə torpaq sahələrində müşahidə olunacağı proqnozlaşdırılır. Torpaq təklifinin məhdudluğu bu əmlak növündə qiymət artımının digər əmlak növləri ilə müqayisədə daha yüksək olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, tikinti xərclərinin yüksəlməsi təməl mərhələsində olan binalardakı mənzillərin qiymətlərinə də təsir göstərəcək. Yeni tikililərdə isə tələbin artması əlavə bahalaşma amili kimi çıxış edir.

"Köhnə binaların sökülməsi, qəzalı vəziyyətdə olması və istismar müddətini başa vurması vətəndaşların yeni binalara üstünlük verməsinə gətirib çıxarır. Daha çox müraciət olunan istiqamət kimi yeni tikililərdə mənzillərin qiymətinin artacağı gözlənilir", - deyə o vurğulayıb.

V.Oruc fərdi yaşayış evlərində də bahalaşma gözlənildiyini bildirib. O, bunu həmin evlərin qiymətini formalaşdıran hər iki komponentin - torpağın və tikintinin dəyərinin artması ilə əlaqələndirib.

Ekspert kənd təsərrüfatı torpaqlarına da diqqət çəkərək, torpaqların konsolidasiyası ilə bağlı qərardan sonra böyük torpaq sahələrinin qiymətində ciddi artım gözlədiyini deyib.

Ucuzlaşma ehtimalına gəlincə, AQC sədrinin sözlərinə görə, daşınmaz əmlak bazarında hər hansı istiqamət üzrə kəskin qiymət enməsi proqnozlaşdırılmır. Bununla belə, qeyri-yaşayış sahələrində qiymət artımının daha zəif olacağı və qiymətlərin sabitliyə meyil göstərəcəyi gözlənilir.

O bildirib ki, bəzi obyektlərin bağlanması və biznes kreditləri üzrə faizlərin yüksək olması kommersiya sahələrinə tələbi müəyyən qədər azalda bilər.

"Bu amillər oktyabr, noyabr və dekabr aylarında qeyri-yaşayış sahələrinin qiymət artımını məhdudlaşdıra bilər. Bəzi hallarda bazara təklif olunan obyektlərin icarə qiymətlərində 5-7 faizlik güzəştlərin edilməsi də mümkündür", - deyə V.Oruc əlavə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri