Icma.az
close
up
RU
Bakıda ev almaq istəyənlərə mühüm xəbər: qiymətlər dəyişəcək

Bakıda ev almaq istəyənlərə mühüm xəbər: qiymətlər dəyişəcək

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ev sahibi olmaq əksəriyyət üçün əlçatmaz hala gəlir. Belə ki, son illərdə mənzil bazarında qiymətlər sürətlə artsa da, ipoteka kreditlərinin həcmi əksinə azalır. 2025-ci ilin ilk 9 ayında cəmi 354 milyon manat məbləğində ipoteka krediti verilib. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 365 milyon manat idi.

Bu azalma mənzil almaq istəyən vətəndaşlar üçün nə deməkdir? Ev sahibi olmaq doğrudanmı daha da çətinləşir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, mənzil bazarında müşahidə olunan davamlı artımlar qiymətlərin yüksəlməsinə səbəb olur:

“Pulun dəyəri sürətlə dəyişir, daşınmaz əmlak bazarında buna uyğunlaşma baş verir, nəticədə İpoteka və Kredit Zəmanət Fondu maliyyə risklərini sığortalamaq məcburiyyətində qalır. Bu səbəbdən fondun daha çox məhdudlaşdırıcı və verifikasiya xarakterli siyasət yürütməsi təbiidir. Paytaxtda mənzil qiymətlərinin artmasının əsas səbəblərindən biri də kütləvi söküntülərin aparılmasıdır. Belə proseslər mənzil bazarına birbaşa təsir edir və bu fonda qiymətlərin artması qaçılmaz olur. Prosesin yaxın dövrlərdə də davam edəcəyi, qiymətlərin isə enməyəcəyi proqnozlaşdırılır”.

Elçin Qurbanov

İqtisadçının sözlərinə görə, bununla yanaşı, ərəb sərmayədarları Bakıda çox böyük tikinti layihələri həyata keçirməyi planlaşdırırlar:

“Layihə əsasən Baksol gölünün ətrafında, bir hissəsi Nərimanov, Nizami və qismən də Binəqədi rayonlarının ərazisinə düşən yerlərdə reallaşdırılacaq. Dəyəri təxminən 5,5 milyard ABŞ dolları civarındadır. Ərazidə yüksək komfortlu yüz minlərlə mənzilin inşası olacaq. Əgər bu layihə uğurla gerçəkləşərsə, Bakıda mənzil qiymətlərində sabitlik yarana, hətta müəyyən eniş müşahidə oluna bilər. Bu isə əlbəttə ki, alıcılar üçün müsbət xəbərdir. Eyni zamanda, həmin mənzillərin satışı birbaşa layihə icraçıları tərəfindən həyata keçirilərsə, proses daha əlverişli və şəffaf ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri