Icma.az
close
up
RU
Bakıda evlərin sökülməsi gərginlik yaradır VİDEO

Bakıda evlərin sökülməsi gərginlik yaradır VİDEO

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər

Bakıda köhnə evlərin sökülməsi zamanı problemlər daha çox sahəsi kiçik olan evlərin sahibləri ilə bağlı yaranır. Mülk sahibləri kiçik evlərinin əvəzinə böyük mənzil tələb edir, tikinti şirkətləri isə bunun mümkün olmadığını bildirirlər. AYNA.AZ “Baku” TV-yə istinadən bildirir ki, nəticədə, tərəflər arasında mübahisələr yaranır, bəzi hallarda məsələ məhkəməyə qədər gedib çıxır. Bu problem isə illərdir həllini gözləyir.

Sakinlərdən biri vəziyyəti belə izah edib: "Razılaşa bilmirik. İstədiyimizi vermirlər. Evimi də zədələyiblər. Yenə razılaşmırlar, bizi aldadırlar. Evimin arxa hissəsini söküblər, altı su içində qalıb. 11 ailə qalmışıq, amma məsələni həll etmirlər".

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, pilot layihələrin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 86 saylı qərarında kompensasiya sahəsinə əlavə 15-20 faiz tətbiqi nəzərdə tutulur.

Lakin ölkədə kompensasiyaların verilməsi ilə bağlı alternativ qanun və ya normativ mexanizm olmadığı üçün vətəndaşlarla söküntü işlərini aparan tərəflər arasında tez-tez mübahisələr yaranır.

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri kiçik istifadə sahəsinə görə verilən kompensasiyalarla bağlıdır.

Əgər tikinti şirkəti kompensasiyanı mənzil və ya əmlak formasında təqdim edirsə, bu zaman fərqli əmsalların tətbiqi vacibdir.

"Hazırda bu məsələni tənzimləyən konkret qanun yoxdur. Bu səbəbdən ən azı Nazirlər Kabinetinin müəyyən etdiyi 15-20 faiz əlavə kompensasiya əvəzinə diferensial yanaşma tətbiq olunması daha məqsədəuyğun olardı. Məsələn, sahəsi 20 kvadratmetrə qədər olan evlər üçün kompensasiya ən azı 30 faiz artırıla bilər. 20-30 kvadratmetr arası sahələr üçün isə ən azı 25 faiz əlavə kompensasiya tətbiq edilməsi daha ədalətli olar", - deyə Elnur Azadov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Mart 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see379

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see350

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see335

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see329

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see322

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see287

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see283

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see267

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see252

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see250

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see246

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see243

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see242

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see238

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see233

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see232

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see208

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see206

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see191

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri