Icma.az
close
up
RU
Bakıda bu binaların sökülməsi gözlənilir Açıqlama

Bakıda bu binaların sökülməsi gözlənilir Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda istismar müddəti uzun illər əvvəl başa çatmış köhnə çoxmənzilli binalar hələ də mənzil bazarında alıcıların diqqətindədir. Xüsusilə qiymət baxımından daha əlçatan olan belə mənzillər bəzi vətəndaşlar üçün alternativ seçimə çevrilsə də, binanın texniki vəziyyəti, hüquqi sənədləri və gələcəkdə söküntü və ya yenidənqurma layihəsinə düşmə ehtimalı alıcı üçün mühüm məqamlar yarada bilər.
Bakıda istismar müddəti uzun illər əvvəl başa çatmış köhnə çoxmənzilli binaların əmlak bazarındakı vəziyyəti necə qiymətləndirilir? Belə binalarda mənzil alan vətəndaşlar binanın texniki vəziyyəti, sənədləri və gələcəkdə söküntü-tikinti proqramlarına düşmə ehtimalı ilə bağlı hansı məqamları əvvəlcədən araşdırmalıdırlar?
Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, təkcə Bakı-Abşeron ərazisində 20 mindən çox istismar müddəti bitmiş bina var.
Onun sözlərinə görə, binaların böyük hissəsi Sovet dövründə inşa olunub və 1970-ci ilə qədər inşa edilmiş binaların əksəriyyətinin istismar müddəti başa çatıb:
“Demək olar ki, onların istismar müddəti bitib. Ona görə ki, o dövrün inşaat standartlarına görə binaların istismar müddəti 40–50 il nəzərdə tutulmuşdu. Hətta Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 1-ci mikrorayondan başlayaraq gələcəkdə beşmərtəbəli binaların, yəni fransız və xruşşovka tipli layihələrin üstünlük təşkil etdiyi binaların sökülməsi də nəzərdə tutulmuşdur. Qərar 2017-ci ildə verilib. Amma bu günə qədər onların sökülməsi ilə bağlı proses tam şəkildə həyata keçirilməyib.
Məsələn, 1-ci mikrorayonla bağlı aidiyyəti qurumlar tərəfindən buradakı binaların qismən qəzalı və ya qəzalı vəziyyətdə olduğu barədə məlumat verilib. Bu baxımdan, həmin ərazidə mənzil almaq istəyən vətəndaşların binanın texniki vəziyyəti və gələcək perspektivləri ilə bağlı əvvəlcədən məlumat əldə etməsi vacibdir.
Sırf o ərazidən söhbət gedirsə, buradakı binaların yaxın illərdə sökülməsi ehtimalı var. Düzdür, 2017-ci ildən 9 il keçib və hələ də proses tam şəkildə başlamayıb. Amma ehtimal etmək olar ki, bu ərazi söküntü prosesində prioritet istiqamətlərdən biri olacaq. Burada tikinti normaları ilə mövcud qərarlar arasında müəyyən uyğunsuzluqların olması səbəbindən prosesin uzandığını düşünürəm. Prosesin uzun müddət davam etməsi isə vətəndaşların gələcək planlarını müəyyənləşdirməsini çətinləşdirə bilər.
Oxşar vəziyyət istismar müddəti bitmiş digər binalarda da mövcuddur. Onların bəziləri qismən qəzalı və ya qəzalı vəziyyətdədir və bu binaların bir qisminin müvafiq qaydada qeydiyyata alındığı bildirilir. Hazırda isə həmin binaların gələcək taleyi ilə bağlı dəqiq məlumat vermək çətindir.
2016-cı ildə Nazirlər Kabinetinin və digər aidiyyəti qurumların qərarları əsasında istismar müddəti bitmiş binalarla bağlı müəyyən sərəncamlar yerli icra hakimiyyətləri tərəfindən verilirdi. Daha sonra bu istiqamətdə səlahiyyətlərin dəyişdirilməsi ilə əlaqədar əvvəlki qaydalar ləğv olunub və söküntü proseslərinin həyata keçirilməsi yeni prosedurlar əsasında davam etdirilib.
Həmin dövrdən bu günə kimi köhnəlmiş yaşayış fondunda söküntü işlərinin həcmi əvvəlki dövrlə müqayisədə daha məhdud olub. Bu işlər aidiyyəti qurumlarla razılaşdırılmış prosedurlar əsasında həyata keçirilir. Lakin ümumi miqyas baxımından verilən icazələrin sayının əvvəlki dövrlə müqayisədə az olduğunu demək mümkündür.
Məsələn, 2016–2018-ci illərdə Bakı şəhərinin bütün rayonları üzrə 150-yə yaxın sərəncam verilmişdir. Bunun nəticəsində 150-yə yaxın bina inşa olunmuşdur. Bu, kifayət qədər böyük göstəricidir. Yəni həmin dövrdə ciddi artım müşahidə olunub. Amma 2018-ci ildən bu günədək verilən sərəncamların sayına baxsaq, əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Tikinti həcminin də əvvəlki göstəricilərlə müqayisədə azaldığı görünür”.
Ekspert bildirib ki, istehlakçı bu gün köhnə yaşayış fondundan ev alarkən binanın hansı ərazidə yerləşdiyini, həmin ərazinin gələcək şəhərsalma planlarına daxil olub-olmadığını və binanın texniki vəziyyətini əvvəlcədən araşdırmalıdır:
“Birincisi, istehlakçı aldığı binanın istismar müddətinin başa çatıb-çatmadığını, xüsusilə də bina 1970-ci ilədək inşa olunubsa, nəzərə almalıdır. Hətta 1970-ci illərin ortalarınadək inşa olunmuş binaların da bir qisminin istismar müddəti artıq başa çatıb. Eyni zamanda, vətəndaşlar belə binalarda onları hansı risklərin gözlədiyi ilə bağlı kifayət qədər rəsmi məlumat əldə etməkdə çətinlik çəkə bilirlər.
Rəsmi olaraq, 1-ci mikrorayon və Bakı şəhərində ayrı-ayrı binalar qismən qəzalı və ya qəzalı vəziyyətdə qeydiyyata alınıb.
Vətəndaş üçün əsas məsələ bu binadan mənzil alarkən mövcud riskləri əvvəlcədən qiymətləndirməkdir. Bina nə qədər dayanıqlıdır? Mən bu binada 20–30 il və ya daha uzun müddət yaşamaq istəyirəmsə, gələcəkdə hansı dəyişikliklərlə qarşılaşa bilərəm? Bina zaman keçdikcə aşınır və köhnəlir. Bu baxımdan, vətəndaşın əvvəlcədən məlumatlandırılması vacibdir.
Xüsusilə istehlakçıların belə məsələlərlə bağlı daha ətraflı məlumat əldə edə bilməsi üçün rəsmi məlumatların əlçatan olması məqsədəuyğun olardı. Hazırda hər hansı ünvanda yerləşən binanın söküntüsünün nə vaxt həyata keçiriləcəyi ilə bağlı əvvəlcədən dəqiq məlumat əldə etmək həmişə mümkün olmur. Çünki ölkədə mövcud binaların hamısının qısa müddətdə sökülməsi üçün kifayət qədər resurs və imkanların olması real görünmür”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see410

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see364

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see362

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see345

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see304

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see294

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see276

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see273

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see268

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see267

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see263

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see253

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see250

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see250

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see222

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see219

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see217

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see194

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see184

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri