Icma.az
close
up
RU
“Bakıda “Ferensvaroş”u cəhənnəm ab havası gözləyir” Macar mediası

“Bakıda “Ferensvaroş”u cəhənnəm ab havası gözləyir” Macar mediası

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstan idman mediası avqustun 27-də keçiriləcək UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ferensvaroş” matçı ətrafında yaşananları diqqətlə izləyir. Ağdam təmsilçisi Budapeştdə  keçirilən ilk matçda sərfəli nəticə qazanıb - 3:1. Amma baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, hələ mərhələnin taleyi həll olunmayıb və “Qarabağ”ı indidən Liqa mərhələsində görmək kimi fikirlər komandaya yalnız zərər verə bilər.

QOL.az xəbər verir ki, Macarıstan mediasından promotions.hu saytı yazır: “Böyük oyuna çox az vaxt qalıb, vəziyyət getdikcə gərginləşir.

“Fradi” Çempionlar Liqasının elit mərhələsinə düşməyə çox yaxındır, lakin “Qarabağ”la oyunda bunu etmək üçün ciddi səylər göstərməlidir. Çünki “FTC Groupama Arena”da çox yaxşı birinci hissədən sonra komanda sonda məğlub oldu. Azərbaycan çempionu oyunun ikinci hissəsində üç qol vurdu.

Cavab görüşü Bakıda keçiriləcək və biletlər inanılmaz sürətlə satılır. Həftəsonuna qədər demək olar ki, bütün biletlər satılmışdı. Bu səbəbdən “Fradi”ni çox güman ki, cəhənnəm kimi bir ab-hava gözləyir. Azərbaycan klubunun azarkeşləri isə bununla kifayətlənmir, Bakıda “Fradi”yə qarşı möhtəşəm bir aksiya hazırlayırlar”.

“Magyar Nemzet” nəşri isə bu barədə yazıb: “Qarabağ” azarkeşləri “Ferensvaroş”a qarşı hücuma keçdilər. Ən çox bəyənilən şərhlərdən biri belədir: “Bizi bir daha erməni komandası ilə qarışdırma! Qarabağ FK erməni klub deyil, Azərbaycanın çempionudur!”

Aydın deyil ki, niyə belə bir müzakirə azərbaycanlı azarkeşlər tərəfindən başladılıb (QOL.az-dan zəruri qeyd: belə bir müzakirənin başlamasına səbəb ilk matçdan əvvəl “Fradi”nin saytında “Qarabağ”ın Ermənistan klubu kimi göstərilməsi olub. Qısa müddət sonra “Qarabağ”ın qarşı tərəfə müraciətindən sonra həmin səhv aradan qaldırılıb). Amma ehtimal var ki, onlar bununla sadəcə “Fradi”yə mesaj göndərmək istəyirlər: “Qarabağ”a qarşı mübarizə Ermənistan təmsilçisi “Noa”ya qarşı olduğu kimi asan olmayacaq. Çünki “Fradi” daha əvvəl Ermənistan çempionunu mübarizədən kənarlaşdırmışdı. 

Hər halda, məsələ indi belədir: Azərbaycan azarkeşləri “Instagram”da xahiş edirlər ki, fanatlar oyuna Azərbaycan bayraqları gətirsinlər. Bununla da rəqib “Ferensvaroş”a göstərmək istəyirlər ki, qarşılarında Azərbaycanın çempionu var”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri