Icma.az
close
up
RU
“Qarabağ” “Ferensvaroş”u keçə biləcəkmi? Diqqətçəkən proqnoz

“Qarabağ” “Ferensvaroş”u keçə biləcəkmi? Diqqətçəkən proqnoz

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisinin bu turu keçmək şansı nə qədərdir?

Globalinfo.az-a danışan tanınmış şərhçi, idman jurnalisti Ramiz Mirzəzadə deyib ki, “Qarabağ” UEFA Çempionlar Liqasının tarixində ikinci dəfə əsas mərhələdə iştirak etmək şansı qazanıb.

O, komandanın uğurlu nəticələrlə yanaşı, yeni transferlərin adaptasiyasını da davam etdirdiyini vurğulayıb:

“Hücum xəttində hazırda Nəriman Axundzadə mübarizə aparır. Hələ ki gözlənilən səviyyədə bir hücumçu transfer olunmayıb, lakin bu istiqamətdə işlərin getdiyi və Çempionlar Liqasının əsas mərhələsinə qədər boşluğun doldurulacağı ehtimal olunur. “Ferentsvaroş”la oyun “Qarabağ” üçün tanış bir ssenari olacaq. Komandamız daha əvvəl bu səddi keçib. Düzdür, o vaxtdan bəri hər iki klubda ciddi dəyişikliklər baş verib. “Qarabağ” baş məşqçisini – Qurban Qurbanovu dəyişməsə də, “Ferensvaroş” artıq rusiyalı mütəxəssisi yox, irlandiyalı sabiq futbolçu, məşhur Robi Kinin rəhbərliyi altındadır. Heyətdə də əhəmiyyətli dəyişikliklər var. Macar təmsilçisinin bu mövsüm kifayət qədər tanınmış və güclü futbolçuları heyətə cəlb etdiyini qeyd etmək lazımdır. Bununla belə, hazırkı formada “Qarabağ”ın favorit olduğunu söyləmək mümkündür. Bu, sadəcə Azərbaycan təmsilçisi olmasına görə deyil, həm komandanın təcrübəsi, həm də son çıxışları inam verir. “Ferensvaroş” əvvəlki mövsümlərdə daha sistemli və dominant oyun sərgiləyirdi, bu mövsüm isə həmin səviyyədə görünmür. Hərçənd son matçında inamlı qələbə qazanıblar”.

Ekspert “Qarabağ”ın mərhələ keçmək şansını 55-45, hətta 60-40 nisbətində olduğunu bildirib:

“Komandanın avrokubok təcrübəsi, əvvəllər bu cür rəqibləri məğlub etməsi və ən əsası oturuşmuş sistemlə oynaması ona üstünlük verir. “Ferensvaroş”un revanş istəyi bizim üçün müəyyən çətinlik yarada bilər. Eyni zamanda, “Qarabağ”ın sabiq futbolçusu – hazırda rəqib klubda çıxış edən Julio Romao komandanın oyun tərzini və heyətini yaxşı tanıyır. Bu da fərqli taktiki gedişlərə səbəb ola bilər.

Bununla belə, “Qarabağ”ın heyətində çox dəyişiklik olmayıb və oyunçular bir-birini yaxşı tanıyır. Əgər hər şey plana uyğun getsə, komanda bu dəfə də əsas mərhələyə vəsiqə qazanaraq azarkeşlərinə böyük sevinc yaşada bilər. Bu isə təkcə klub üçün deyil, ümumilikdə Azərbaycan futbolu üçün tarixi hadisə və əsl futbol bayramı olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri