Icma.az
close
up
RU
Bakıda gecə klubunda mahnı üstündə dava düşdü Tarqovıdakı hadisədə mühüm detal

Bakıda gecə klubunda mahnı üstündə dava düşdü Tarqovıdakı hadisədə mühüm detal

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Xətai rayonunda 2001-ci il təvəllüdlü İntiqam müştərisi olduğu gecə klubunda Fərid adlı şəxsə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 oktyabr 2024-cü ildə, gecə saat 2 radələrində “Pubar” adlı gecə klubunda baş verib. İntiqam müştəri qismində olan zaman Fərid ilə aralarında istədiyi musiqinin sifarişini gec qəbul edilməsi səbəbindən yaranmış mübahisə zamanı ilk olaraq onu yumruq və sınmış bakalın parçası ilə vurub. Sonra bıçaqla Fəridə bir neçə dəfə zərbə yetirib. 
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb, heç bir münasibət və düşmənçiliyi olmayıb: “Hadisədən əvvəl tanışlarım Eltun və Kənanla birlikdə “Torqovı” deyilən ərazidə piyada gəzdik. Həmin vaxt İlham və Mirhəsənlə rastlaşdıq. Xətai rayonu Ağ şəhər ərazisində yerləşən “Pubar” adlı gecə klubuna getmək barədə birlikdə qərara gəldik. Buna görə də taksi çağırdıq və birlikdə qeyd olunan kluba getdik. Təxminən gecə saat 1 radələrində artıq kluba daxil olduq və içəri daxil olanda sağ tərəfdə masalardan birində əyləşdik. Bir qədər sonra  musiqi sifariş etmək üçün musiqiçiyə yaxınlaşdım, istədiyim bir mahnı ifa edilməsini xahiş etdim. Həmin şəxs sonradan adı mənə məlum olan Fərid adlı musiqiçi sifarişi qəbul etdi, amma istədiyim musiqini ifa etmədi. Mən bir də Fəridin yanına gedərək musiqini sifariş etdim. Lakin sifarişi qəbul olunmadı. Üçüncü dəfə isə Fəridin yanına gedərək niyə sifarişimi qəbul etmədiyini dedim. Bu zaman Fəridin yanında olan şəxs məni  itələdiyi üçün onun boğazından tutaraq arxaya doğru itələdim. Həmin vaxt Fərid üstümə hücum çəkərək məni yumruqla vurmağa başladı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Fəridlə aralarında olan mübahisə dava-dalaşa çevrilib və əlbəyaxa olan zaman hər ikisi yerə yıxılıb: “Həmin vaxt masanın üzərində olan pivə bakalı yerə düşərək sındı. Fərid bakalın qırığını götürərək mənim sol bilək nahiyəmdən vurdu və bakalın qırığı sol bilək nahiyəmi kəsdi. Mən artıq Fəridin məni vuraraq xəsarət yetirdiyini gördüm və əsəblərimi cilovlaya bilməyərək üzərimdə olan cib bıçağı ilə onun kürək, daha sonra isə çiyin nahiyəsindən vurdum. Bundan sonra orada olan şəxslər bizi ayırdığı üçün mübahisə yekunlaşdı”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Fərid onu vuraraq xəsarət yetirdiyinə və fiziki cəhətdən ondan güclü olduğu üçün onun müqavimətini qırmaq məqsədi ilə bıçaqla vuraraq qorxutmaq istəyib: “Mən həmin vaxt sərxoş olmuşam. Fəridi vuraraq xəsarət yetirdiyim bıçağı taksi ilə yaşadığım evə gedən zaman xatırlamadığım yerə atmışam. Sərxoş olduğu üçün hazırda həmin yeri xatırlamamışam. Hadisə zamanı mənimlə onunla birlikdə olmuş Eltun, Kənan, İlham, Mirhəsən Fəridi vurmayıb. Hadisə zamanı onlar yalnız Fəridlə məni ayırmaq istəyiblər. Törətdiyim əməldən peşmanam”.
Zərərçəkmiş Fəridin sözlərinə görə, təqsirləndirilən İntiqamla barışmağının səbəbi onun anası ilə bağlıdır: “İntiqamın anası işləmir və yarımcandır. Onun anasına və babasına görə bağışlamışam. Özüm anasız, atasız böyüdüyüm üçün bu hisslər mənə yad deyil. Təqsirləndirilən şəxsə ən yüngül cəza verilməsini, azadlığa çıxmasını, anasının yanında olmasını istəyirəm”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü İntiqam ona yaxınlaşıb və mahnı sifariş edib: “Çalışdığım restoranda həmişə internet şəbəkəsi zəif işləyirdi. Özümün telefonumda da internet yox idi. Bu səbəbdən sifariş verilən musiqini yükləmək gecikdi. Təxminən 15-20 dəqiqə mahnının yüklənməsi yubandı”. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam 5 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilib. 
Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-cü maddəsindən həmin məcəllənin 130-cu (zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsi istəyib. 
Həmçinin təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb. Amma Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzası 3 il 6 aya endirilib. 
Fariz Məlikli
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri