Icma.az
close
up
RU
Bakıda videoçəkiliş üstündə dava düşdü, bir nəfər xəsarət aldı

Bakıda videoçəkiliş üstündə dava düşdü, bir nəfər xəsarət aldı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Xəzər rayonunda 45 yaşlı kişi əvvəl tanımadığı şəxsə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 20-də rayonun Binə qəsəbəsində baş verib. 
Astara rayon sakini, 1980-ci il təvəllüdlü Elşən həmin gün saat 13 radələrində qəsəbənin Mehriban Qonşular deyilən ərazidə yerləşən tikilidə usta işləyən zaman əvvəldən tanıdığı Qədirin onu mobil telefon vasitəsilə videoya çəkməsinə etiraz edib. 
Bunun üçün aralarında yaranmış mübahisə səbəbindən şəxsi münasibətlərin pozulması zəminində Qədirin təşəbbüsü ilə yaranmış mübahisə zamanı qisas almaq məqsədilə əlindəki bel vasitəsi ilə onun sağ dirsək nahiyyəsinə və sol baldır nahiyyəsinə vurub. 
Hadisəni törədən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 20-də Mehriban qonşular deyilən ərazidə Bəhruza məxsus evdə təmir işləri aparan zaman Elşənin onu telefonla videoya çəkdiyini görüb: “Bu məni narahat etdiyi üçün bir neçə dəfə Qadirə videoya çəkməməsi üçün xəbərdarlıq etdim. Lakin, xəbərdarlığıma məhəl qoymayaraq çəkilişə davam etdi. Daha sonra Qadir avtomobilindən bıçaq götürərək mənə tərəf gəldi. Bu zaman Qadirin bir əlində telefon olub, digər əlində isə bıçaq tutub. Mən özümü qorumaq üçün bel ilə Qadirin əlindən vurdum. Zərbədən Qadirin telefonu və bıçaq yerə düşdü. Bu zaman Qadir telefonunu və bıçağı götürərək maşınına tərəf getdi. Daha sonra isə avtomobilinə əyləşərək oradan uzaqlaşdı. Mənim Qadirə xəsarət yetirmək niyyəti olmayıb. Yalnız özümü qorumaq istəmişəm. Hadisə baş verən zaman Bəhruz da orada olub”.
İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, Mehriban Qonşular deyilən ərazidə 7 sot torpaq sahəsi olub: “Mən əvvəldən tanıdığım Yusif adlı şəxs ilə birlikdə özümə məxsus olan həmin torpaq sahəsində ev tikib sataraq gəlir əldə etmək qərarına gəldik. Həmin torpaq sahəsi mənə məxsus olsa da, torpaq sahəsində inşasına başladığımız ev yaxınlıqdan keçən xətlərinin yaxınlığında olduğu üçün müvafiq qurum bizi mülki qaydada məhkəməyə verdi. Məhkəmədə bu barədə araşdırma getdiyi üçün tikintini müvəqqəti olaraq dayandırdım. Mənə məhkəmə tərəfindən də tikintini dayandırmağım barədə xəbərdarlıq edildi. Bu barədə şərikim Yusifə də xəbərdarlıq etdim. Yusifə bu barədə məlumat verən zaman Ağdam rayonunda idi”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra Yusif rayondan gəlib: “Dekabrın 20-də birlikdə torpaq sahəsinə baş çəkdik. Bu zaman həmin torpaq sahəsində tikinti aparıldığını gördüm. Orada əvvəldən tanımadığım, sonradan adının Elşən və Bəhruz olduğunu bildiyim fəhlələr tərəfindən tikinti aparılırdı. Mən həmin fəhlələrə tikintini dayandırmaqları barədə dəfələrlə xəbərdarlıq etdim. Sonradan məhkəmə araşdırması zamanı günahsız olduğumu sübut etmək üçün özümə məxsus olan mobil telefon vasitəsi ilə tikintinin aparılması prosesini videoya çəkməyə başladım. Çəkilişi avtomobilimdə oturaraq həyata keçirirdim. Lakin, Elşən adlı şəxs məhəl qoymayaraq video çəkilişi dayandırmağım barədə xəbərdarlıq etdi. Mən isə Elşənə məhəl qoymayaraq çəkilişə davam etdim. Bu zaman Elşən mənə qarşı nalayiq hərəkət etdi. Bunu gördükdə avtomobildən endim və çəkilişi davam etdirdim. Elşən və Bəhruz mənə yaxınlaşdılar . Bu zaman Elşən əvvəlcə əlində olan bel vasitəsi ilə sağ dirsək nahiyyəmə bir neçə dəfə zərbə endirdi. Mən özümü müdafiə etmək üçün dərhal qaçaraq avtomobilimə tərəf getdim və avtomobilə əyləşdim. Bu zaman Elşən avtomobilə tərəf gəldi və əlindəki bel vasitəsi ilə avtomobilin müxtəlif hissələrinə zərbələr endirdi. Mən  isə narahat olduğum üçün avtomobili işə salaraq oradan uzaqlaşdım. Xəsarət aldığım üçün Sabunçu xəstəxanasına getdim. Daha sonra isə hadisə barədə polisə məlumat  verdim”.
Bu işə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. 
Bundan əlavə bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri