Icma.az
close
up
RU
Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub AZƏRTAC

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ADA Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Ədliyyə Könüllüləri İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən “Lex Camp” - qış düşərgəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Abiddin Hüseynov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olduğuna diqqət çəkib: “Bu çərçivədə Ədliyyə Nazirliyi tərəfindən yeni və fərqli mövzularda tədbirlərin keçirilməsi planlaşdırılır. Ədliyyə Könüllüləri isə öz fəaliyyətlərində yeni aktiv fazaya keçəcəklər.

“Lex Camp” - qış düşərgəsində professorlarla gənc tələbələr mülkiyyət hüququ mövzusunu müzakirə edəcəklər. Düşünürəm ki, tədbirdən faydalanan gənc hüquqşünas tələbələrimiz gələcəyin parlaq hüquqşünaslarıdır”.

ADA Universitetinin prorektoru Elkin Nurməmmədov qış düşərgəsində hüquq üzrə təhsil alan tələbələrin bir araya gəlməsinin ölkədə hüquq təhsilinə verilən dəyərin bariz nümunəsi olduğunu deyib: “Tərəfdaşlarla birlikdə keçirilən bu təşəbbüs gənc hüquqşünasların bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır. Təşəbbüsümüzün ənənə halını alacağına ümid edirəm. Qeyd edim ki, düşərgədə müzakirə edilən mövzu isə olduqca vacib məsələdir”.

Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi hüquq institutunun direktoru, professor Kristian Tyetye və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qış düşərgəsinin tələbələrin karyerasında böyük rol oynayacağına inandıqlarını bildiriblər.

Açılış mərasimindən sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovun layihə iştirakçıları ilə seminarı təşkil olunub.

Qeyd edək ki, gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində yanvarın 14-dən 18-dək davam edəcək “Lex Camp” - qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusuna həsr olunub.

Ümumilikdə 60-a yaxın iştirakçını əhatə edən layihədə 5 gün ərzində mülkiyyət hüququ ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır.

Layihə çərçivəsində spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulur. Layihənin digər tədbirləri, eləcə də bağlanış mərasimi Lənkəranda təşkil ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri