Icma.az
close
up
RU
Bakıda Lex Camp düşərgəsinin açılış mərasimi keçirilib

Bakıda Lex Camp düşərgəsinin açılış mərasimi keçirilib

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda gənc hüquqşünaslar üçün təşkil edilən "Lex Camp" qış düşərgəsinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, düşərgə “ADA” Universitetinin təşkilatçılığı, Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və Gənclər Fondunun və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilir.

“ADA” Universitetində keçirilən tədbirdə Ədliyyə nazirinin müavini Abiddin Hüseynov, “ADA” Universitetinin prorektoru Elkin Nurməmmədov, Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi hüquq institutunun direktoru professor Kristian Tyetye, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iştirak edərək açılış nitqi ilə çıxış ediblər.

Açılış mərasimindən sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovun layihə iştirakçıları ilə seminarı təşkil olunub.

Qeyd edək ki, Bakı və Lənkəran şəhərlərində 14-18 yanvar tarixlərində gənc hüquqşünaslar üçün təşkil ediləcək “Lex Camp” - qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusunu əhatə edəcək.

Ümumilikdə 60-a yaxın iştirakçını əhatə edəcək layihədə 5 gün ərzində mülkiyyət hüququ ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır.

Layihə çərçivəsində spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulur. Layihənin digər tədbirləri, eləcə də bağlanış mərasimi Lənkəranda təşkil ediləcək.

MƏLUMAT YENİLƏNİR...

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri